Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Trampın “tvit”ləri redaktədən keçəcək
Trampın “tvit”ləri redaktədən keçəcək
27 May 2017 / 15:47 / Baxış sayı: 6288
Font1 Font2 Font3 Font4

Ağ Ev prezident Donald Trampın “tvit”lərini qabaqcadan yoxlamaq üçün hüquqşünaslar qrupu ilə əməkdaşlıq etməyi planlaşdırır.

arxiv.bizimxeber.az lent.az-a istinadən xəbər verir ki, hazırda bu təşəbbüs nəzərdən keçirilir. Hüquqşünaslar Trampın “tvit”lərini “Twitter”ə yerləşdirilməzdən əvvəl oxuyacaq və lazım gəldikdə, korrektələr edəcək.

Qeyd edək ki, prezident Tramp “Twitter”dən səhərlər ölkəni salamlamaq, düşmənlərini məsxərəyə qoymaq, aktual məsələlərə qısa münasibətini bildirmək, son xəbərləri şərh etmək məqsədilə istifadə edir. Lakin bir çox hallarda onun “tvit”ləri ilə Ağ Evin rəsmi açıqlamaları arasında ziddiyyət olur. Trampın “Twitter”dən bu cür intensiv və nəzarətsiz şəkildə istifadə etməsi ölkədə, o cümlədən onun partiyadaşları olan respublikaçılar arasında narazılıqla qarşılanır.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə