Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Bank Respublika”nın önündə özünü yandıran şəxsin görüntüləri — VİDEO
“Bank Respublika”nın önündə özünü yandıran şəxsin görüntüləri — VİDEO
27 May 2017 / 12:51 / Baxış sayı: 1048
Font1 Font2 Font3 Font4
Xəbər verdiyimiz kimi, ötən gün 64 yaşlı Ramiz Manafov adlı vətəndaş Azneft meydanında “Bank Respublika”nın qarşısında üstünə benzin tökərək özünü yandırıb.
Bədəninin 95%-i yanan Ramiz Manafov Ə.Əliyev adına klinikanın yanıq şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin olduqca ağır olduğu bildirilib.
arxiv.bizimxeber.az xəbər verir ki, Azxeber.com saytına hadisə zamanı çəkilmiş video göndərilib. Hadisə şahidlərinin çəkdiyi görüntülərdə  Ramiz Manafovun bankdan çıxar çıxmaz özünü yandırdığı görünür. Videonu çəkən şəxs onun söndürüldüyünü və təəcili tibbi yardıma xəbər verdiklərini bildirib.
Qeyd edək ki, özünü yandıran şəxsin oğlu Nicat Manafov deyir ki, atası bankdan ev almaq üçün kredit götürüb, devalvasiyadan sonra isə ödəyə bilməyib. Buna görə bank onlara evlərini əllərindən alacaqlarını bildirib. Bu günə kimi ödədikləri məbləği isə, hesablamayacaqlarını qeyd ediblər.
Həmin görüntüləri təqdim edirik. Ürəyi zəif olanların izləməməsi məsləhət görülür:

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə