Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Türkiyə hərbi müqaviləni ləğv edir
Türkiyə hərbi müqaviləni ləğv edir
03 May 2013 / 11:13 / Baxış sayı: 40
Font1 Font2 Font3 Font4

Türkiyə “Kirpi” tipli yeni mina əleyhinə zirehli texnikanın alınması üzrə özəl BMC şirkəti ilə bağlanan müqaviləni ləğv etmək niyyətindədir. arxiv.bizimxeber.az xəbər verir ki, bu barədə cümə günü “Zaman” qəzeti xəbər yayıb.

Məlumata görə, Türkiyə Silahlı Qüvvələri Müdafiə Sənayesi Katibliyi əməkdaşlıqdan imtina olunması ilə bağlı şirkətə xəbərdarlıq məktubu göndərib. Müqavilənin ləğv olunmasına səbəb Türkiyə tərəfindən 2009-cu ildə sifariş olunan zirehli texnikanın yeni partiyasının istehsalında ləngimələr olub.

Müqavilənin ləğv olunması ilə yanaşı Türkiyə tərəfi şirkətdən 7 milyon avro dəyərində cərimə də tələb edə bilər.

Zirehli texnikanın istehsalı şirkətin onun istehsalı üçün lazımı qədər kredit ala bilmədiyinə görə dayandırılıb.

Türkiyə Silahlı Qüvvələri ilə müqavilə bağlanandan sonra BMC şirkəti 2009-cu ilin martından 2011-ci ilin dekabrınadək 278 ədəd zirehli texnika istehsal edib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə