Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Böyük Yeddilik Siciliyada toplaşdı
Böyük Yeddilik Siciliyada toplaşdı
27 May 2017 / 14:03 / Baxış sayı: 396
Font1 Font2 Font3 Font4

İtaliyanın Siciliya adasında Böyük Yeddiliyə daxil olan ölkələrin görüşü keçirilir. 

“Qaynarinfo” xarici mediaya istinadən xəbər verir ki, dünən keçirilən görüşdə bu kateqoriyaya daxil ölkələr bəyannəmə imzalayıb. Liderlər Mançester terrorunu diqqət mərkəzinə gətirərək sosial mediada terror məzmunlu paylaşımların qarşısını almağın vacibliyini vurğulayıblar.

ABŞ, Almaniya, Fransa, İngiltərə, İtaliya, Yaponiya və Kanadadan ibarət olan təşkilat nümayəndələri, xüsusilə İtaliyanın baş naziri Centiloni iqlim dəyişikliyi məsələsində ABŞ prezidenti Donald Tramp ilə fikir ayrılığının aradan qaldırılmadığını vurğulayıb. Görüşdə İngiltərənin Avropa İttifaqından çıxması və ticarət məsələləri də müzakirə olunub.

Qeyd edək ki, bu gün Tunis, Keniya, Efiopiya, Niger və Nigeriya liderləri də görüşə qoşulacaq, miqrant problemi, qida təhlükəsizliyi, gender bərabərliyi kimi məsələlər müzakirə olunacaq.

arxiv.bizimxeber.az

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə