Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycanda məktəbdə “Son zəng” faciəsi – 17 yaşlı oğlan öldürüldü – TƏFƏRRÜAT
Azərbaycanda məktəbdə “Son zəng” faciəsi – 17 yaşlı oğlan öldürüldü – TƏFƏRRÜAT
28 May 2017 / 11:12 / Baxış sayı: 6534
Font1 Font2 Font3 Font4

Dünən Masallı rayonu Boradigah qəsəbəsi Nizami Gəncəvi adına 1 saylı orta məktəbdə baş vermiş ölüm hadisəsinin təfərrüatları məlum olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə orta məktəbdə şagirdlərin “Son zəng” tədbirinə hazırlıq görməsi zamanı baş verib. Belə ki, 2000-ci il təvəllüdlü Əliyev Kənan Teymur oğlu məktəbi 9-cu sinifdən bitirsə də “Son zəng” tədbirinə hazırlıq məqsədi ilə sinif yoldaşlarının yanına gəlib. Məktəbdə şagirdlər arasında olarkən onunla orta məktəbi keçən il bitirmiş Həsənağa Həsənov arasında münaqişə yaranıb. Münaqişə zəminində H.Həsənov Kənanı vurub və 17 yaşlı oğlan yerə yıxılıb. Bu zaman o, huşunu itirib və başından aldığı ağır xəsarət nəticəsində vəfat edib.

Artıq 17 yaşlı Kənan bu gün qəsəbə məzarlığında dəfn edilib. Maraqlıdır ki, dalaşan gənclər uzaq qohumdurlar. Onların babaları dayıoğlu-bibioğludur. H.Həsənov artıq saxlanılıb.

Qeyd edək ki, Kənan ailənin iki oğlundan böyügü olub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

***

21:12

 

Masallı rayonunun Boradigah qəsəbəsində 1 saylı məktəbin ərazisində məktəblilər arasında dava ölümlə nəticələnib.

“Bizimxeber”in “Report”a istinadən məlumatına görə, dava Kənan və Həsənağa adlı məktəblilər arasında düşüb.
Nəticədə Kənan gicgah nahiyəsində aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.
Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
arxiv.bizimxeber.az


Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə