Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycanda yol çəkilişi vaxtı qəbir tapıldı (FOTOLAR)
Azərbaycanda yol çəkilişi vaxtı qəbir tapıldı (FOTOLAR)
27 May 2017 / 22:55 / Baxış sayı: 302
Font1 Font2 Font3 Font4

Şamaxıda eramızın III-IV əsrlərinə aid nekropol, sərkərdə qəbri və Azərbaycanın ən qədim parçası tapılıb. Rayonun Dəmirçi kəndi ərazisində, Gəgəli yaylağı adlı yerdə son antik-erkən orta əsrlər dövrünə aid nekropol aşkar olunub. İstiPress-in yerli bürosu xəbər verir ki, nekropolun ərazisi təxminən 3 hektara yaxın sahəni əhatə edir. Həmin ərazidə ilkin arxeoloji tapıntılar oradan yol çəkilişi aparılarkən təsadüfən aşkarlanıb.

Kvadrat formada olan qəbirlərin hamısının divarları çaydaşı və ya əhəngdaşından ibarət olan qaya parçalarından hörülüb, üstü isə iri sal daşlarla qapanıb. Qəbirlərin üst örtüyü kimi istifadə olunmuş sal daşların xeyli qisminin uzunluğu 2 metr, eni 1,5 metr, qalınlığı 10-40 sm, ağırlığı isə 150-300 kq-dan daha artıqdır. İndiki halda 6-7 nəfər insanın çətinliklə yerindən tərpətdiyi bu cür kifayət qədər ağır və iri ölçülü daşların vaxtilə həmin əraziyə necə gətirilməsi maraq doğurur.

Elmi cəhətdən çox mühüm tapıntılardan birisi isə həmin camların içərisində skeletin başı altında parça qalıqlarının aşkar olunmasıdır. Bu hələlik Azərbaycan ərazisində arxeoloji qazıntılar zamanı tapılmış ən qədim parça nümunəsidir. 10 saylı qəbirdəki skeletin yanına iri dəmir qılınc və xəncər də qoyulub. Bu tapıntılar həmin qəbrin ən azı sərkərdə və ya toplum içərisində xüsusi nüfuz sahibi olan hərbçiyə aid olduğunu ehtimal etməyə əsas verir. Mütəxəsislər hesab edir ki, dünayada olan qaranlıq dünya turiziminin burada rahatlıqa tətbiq etmək olar.

Bir sıra əlamətlərinə görə abidənin eramızın III-IV əsrlərinə aid olduğu güman edilir. Qeyd edək ki, analoji abidələr Xalqların Böyük köçü dövründə Uzaq Şərqdən tutmuş Şərqi Avropaya qədər türk xalqlarının yaşadığı ərazilərdə geniş yayılıb. Heç şübhəsiz ki, Dəmirçi nekropolunda aşkar edilmiş qədim Azərbaycan dövləti olan Albaniyanın tarixini, xüsusilə də dəfn adətlərini, ənənəvi məişət və mədəniyyətinin ayrı-ayrı aspektlərini daha dərindən öyrənmək baxımından olduqca mühüm elmi əhəmiyyət kəsb edir.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə