Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Tərtərdə ağır qəza: YARALILAR VAR – FOTO
Tərtərdə ağır qəza: YARALILAR VAR – FOTO
28 May 2017 / 12:51 / Baxış sayı: 2716
Font1 Font2 Font3 Font4
Tərtər rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un yerli bürosu xəbər verir ki, hadisə rayonun Sarıcalı kəndi ərazisində qeydə alınıb.

Belə ki, rayonun Düyrəli kənd sakini, 1995-ci il təvəllüdlü Pənahlı Fərid Vidadi oğlunun idarə etdiyi “KaMAZ” markalı yük maşını ilə Ağdam rayon sakini, 1958-ci il təvəllüdlü Sarıyev Rizvan Sarı oğlunun idarə etdiyi “Zil” yük avtomobili toquşub. Nəticədə “Zil” yoldan cıxaraq aşıb, “KaMAZ” isə idarəetməni itirərək yol kənarında olan ağaca cırpılıb.

Hadisə zamanı hər iki avtomobilin sürücüsü xəsarət alıb. Yaralılardan biri – Rizvan Sarıyev Tərtər Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Digər yaralı F.Pənahlı isə xəstəxanada ilkin tibbi yardım aldıqdan sonra evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə