Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Fransada Şarl de Qollun qəbri dağıdıldı
Fransada Şarl de Qollun qəbri dağıdıldı
28 May 2017 / 16:51 / Baxış sayı: 1160
Font1 Font2 Font3 Font4

Fransanın sabiq prezidenti, ölkədə Beşinci respublikanın banisi Şarl de Qollun qəbri naməlum şəxslər tərəfindən dağıdılıb.

APA-nın verdiyi xəbərə görə, insident Yuxarı Marna departamentində, Kolombe-le-Dez-Eqliz yaşayış məntəqəsində baş verib.

Məlumata görə, iki naməlum şəxs dünən 17 radələrində (Bakı vaxtı ilə 19-da) qəbiristanlığa daxil olub. Onlardan biri qəbrin üstünə qalxaraq sinə daşı üzərində quraşdırılmış daş xaçı aşırıb. Nəticədə daş xaç parçalanıb.

Polis insidenti araşdırır.

Əfsanəvi fransız generalı və siyasətçisi Şarl de Qoll (1890 –1970) İkinci Dünya müharibəsində alman faşistlərinə qarşı Müqavimət hərəkatına rəhbərlik edib. 1944-46-cı illərdə Fransada yaradılmış müvəqqəti hökumətin başçısı olub. Daha sonra Qoll konstitusiya islahatını həyata keçirib və Beşinci respublikanın əsasını qoyub. Qoll 1958-ci ildə yeni respublikanın prezidenti seçilib. O, 1959-69-cu illərdə Fransanın prezidenti kimi yeni respublikanın formalaşmasında böyük rol oynayıb. 1969-cu ildə istefa verib və 1970-ci ilin noyabrında vəfat edib.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə