Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Əbülfəs Qarayevin adından əmr imzalayanlar kimdir? – ÖZƏL
Əbülfəs Qarayevin adından əmr imzalayanlar kimdir? – ÖZƏL
28 May 2017 / 16:21 / Baxış sayı: 2098
Font1 Font2 Font3 Font4

Mədəniyyət işçisi nazirə şikayət etdi: “Dərdimizi deməyə adam tapmırıq”. Ağstafa Reqional Mədəniyyət və Turizm İdarəsinin mədəniyyət işçisi Zərnişan Orucova Mədəniyyət və Turizm Naziri Əbülfəz Qarayevə şikayət edib. O, şikayət məktubunu Mediafax.Az saytına göndərib.

Məktubu olduğu kimi dərc edirik:

“Hörmətli cənab Nazir!

Mən neçə illər Sizin rəhbərliyiniz altında işləmişəm. Sizin necə humanist , sadə, təmiz bir insan olduğunuzu da yaxşı bilirəm. Bu neçə illər ərzində mən Sizi narahat etməmişəm. Çünki indiyə kimi kimdənsə bir narazılığım olmayıb. Lakin Ağstafa Reqional Mədəniyyət və Turizm İdarəsi yaranandan biz mədəniyyət işçiləri çətinə düşmüşük. Biz bilmirik Ağstafa Reqional Mədəniyyət və Turizm idarəsinin rəisi kimdir, Ramiz Quliyev, yoxsa Gülgün Kərimov? Həmişə bir müdirə tabe idik. İndi dərdimizi deməyə adam tapmırıq.

Ramiz Quliyev Gülgün Kərimovla əlbir olub Sizin adınızdan qərar verir, əmr imzalayırlar. Bir ay bundan əvvəl mənə  bildirdilər ki, sən nazirin əmri ilə ixtisara düşmüsən, ərizəni yaz. Mən eşitmişdim ki, Ramiz Quliyevlə Gülgün müəllim  işçiləri bu yolla işdən çıxarırlar, ona görə də dedim ki, nazirin əmrini mənə göstərin adımı orada oxuyum sonra ərizəmi yazaçam. Bu sözümə görə Ramiz Quliyev məni otaqdan qovdu.

Hörmətli cənab Nazir!

Mənim mədəniyyət şöbəsində elə bir böyük vəzifəm yoxdur ki, bunlara  əsas versin ki, işinin öhdəsindən gələ bilmir. Mən sadəcə xidmətciyəm. Ramiz Quliyev məni tanımaya bilər, lakin Gülgün Kərimov mənim qabiliyyətimə yaxşı bələddir. Çünki onun Ağstafa rayonunda  olan saysız – hesabsiz obyektlərinin təmizlik işlərini dəfələrlə  mən aparmışam. O mənim bu zəhmətimi də yerə vurdu. İndi mənim yerimə mədəniyyət şöbəsində işləyən məsləhətçilərdən birinin yaxın qohumunu işə götürüb. Mən həmin qadını tanıyıram.  Onun həyat yoldaşı kənd içra nümayəndəsi işləyir. Onun işləməyə ehtiyacı da yoxdur. Mən onun qapısına getdim ki, niyə mənim çörəyimə vais olursan ?  O, bildirdi ki, onsuz da sənin yerinə kimi isə götürəçəkdilər. Mənə gələçəkdə təqaüdə çıxmaq üçün staj lazımdı.  Mən gedib xidmətilik edən də deyiləm. Danışığımız belə olub ki, mənim işdə adım gedəcək əmək haqqı kartım da onlarda olacaq.

Hörmətli cənab Nazir!

Mən savadsız qadınam, vəzifədə işləyənim yoxdur deyə haqqım tapdalanmalıdırmı? Deyək ki, Ramiz Quliyev bizim tərəflərdən deyil,  Gülgün müəllim mənim ailə vəziyyətimi ki, yaxşı bilir.

Cənab Preidentimiz İlham Əliyev iş yerləri açır, məmurlara tapşırır ki, yoxsulluğu aradan qaldırın, əhalini işlə təmin edin. Ramiz Quliyevlə Gülgün müəllim isə vəzifələrindən istifadə edərək  bizim çörəyimizi kəsir. Ağstafa cox böyük rayon deyil. Xeyir-şər sahibiyik. Gülgün müəllim  sabah mənimlə qarşılaşanda üzümə necə baxaçaq? Yoxsa bir xidmətçinin salamı ona  lazım  deyil? Ona görə məni işdən çıxarıb yerimə içra nümayəndəsindən  2000 manat pul alıb həyat yoldaşını işə götürür. Vəzifə insanın gözlərini beləmi örtür?

Hörmətli cənab Nazir!

Gülgün Kərimov Ramiz Quliyevlə əlbir olub  Sizin adınızdan istifadə edərək işçiləri belə incidir. Mən onlara bildirdim ki, Əbülfəz Qarayevə sizdən şikayət edəcəm. Onlar isə çavabında get kimə deyirsən de – söylədilər.

Hörmətli cənab Nazir!

Mən Sizə üz tuturam. Qərar yenə Sizindir!”

*Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə