Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Nişanlısı ilə kəbin kəsdirdi, 3 gün sonra öldü
Nişanlısı ilə kəbin kəsdirdi, 3 gün sonra öldü
28 May 2017 / 21:21 / Baxış sayı: 2230
Font1 Font2 Font3 Font4

Mayın 25-də gcə saatlarında Bakının Qaradağ rayonu ərazisində – Lökbatan dairəsində baş vermiş dəhşətli yol qəzasında vəfat edən 28 yaşlı Mikayıl Məmmədovun bu gün yas mərasimi keçirilib. Lent.az-ın əməkdaşı ilə söhbət edən mərhumun yaxınları bildiriblər ki, Mikayıl nişanlı imiş və Ramazan ayından sonra toyu olacaqmış. Məlum hadisədən 3 gün əvvəl isə o, nişanlısı ilə kəbin kəsdiribmiş. Rəsmi nikah sənədi isə iyulda keçiriləcək toyda imzalanmalı imiş. 28 yaşlı Mikayıl toya görə evi təmir də etdiribmiş.

Yaxınlarının dediyinə görə, Mikayıl atasız böyüyüb və anası ilə bacısına yeniyetmə yaşlarından işləyərək baxıb. Çox zəhmətkeş və ədəbli gənc kimi onu tanıyanlar tərəfindən sevilən Mikayıl 10 ilə yaxın Xətai rayoundakı “Sarıqaya” restoranında işləyib. Bir neçə gün əvvəl isə o, Qaradağ rayonundakı zavodlardan birinə işə düzəlib. Hələ rəsmən işə qəbul olunmayan Mikayıl hadisə baş verən gün yoldaşları ilə işdən şəhərin mərkəzinə doğru gəlirmiş. Dəhşətli qəza da bu zaman baş verib. Maraqlıdır ki, hadisə vaxtı sürücü ilə onun arxasında, yəni sol oturacaqda əyləşən şəxs yüngül xəsarət alsa da, sağ ön oturacaqdakı Mikayıl və sağ arxa oturacaqdakı 36 yaşlı Rüfət Paşayev hadisə yerində vəfat edib.

 arxiv.bizimxeber.az


Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə