Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

NATO PA-nın prezidenti dövlətlərin ərazi bütövlüyü barədə
NATO PA-nın prezidenti dövlətlərin ərazi bütövlüyü barədə
29 May 2017 / 11:59 / Baxış sayı: 638
Font1 Font2 Font3 Font4

“Dövlətlərin ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı bizim üçün ən vacib şərtlərdən biridir”.

“Report” xəbər verir ki, bunu NATO Parlament Assambleyasının prezidenti Paolo Alli assambleyanın Tbilisidə keçirilən yaz sessiyasında deyib.

O vurğulayıb ki, ərazi bütövlüyü NATO ilə əməkdaşlığın əsas prinsipidir.

Mayın 29-da NATO Parlament Assambleyasının yaz sessiyasının geniş iclasında çıxış edən assambleyanın prezidenti Paolo Alli Gürcüstan Silahlı Qüvvələrində həyata keçirilən islahatlardan danışıb və bildirib ki, bu islahatlar Gürcüstanın NATO-ya inteqrasiyasında mühüm rol oynayır.

NATO dövlətlərin beynəlxalq hüququn norma və prinsipləri əsasında müəyyən olunmuş ərazi bütövlüyünün dəstəkləyir.

P.Alli çıxışında NATO-nun xərclərinin artırılmasının vacibliyini vurğulayıb və deyib ki, yaxın gələcəkdə NATO-ya üzv ölkələr ümumi daxili məhsulun 2 faizi həcmində üzvlük haqqı ödəməli olacaqlar.

Sonra o, kibercinayətkarlığa, dezinformasiyalara qarşı mübarizə, ərzaq və iqlim dəyişikliyi, iqtisadi təhlükəsizlik və s məsələlərdən danışıb. Bütün dövlətləri birliyə dəvət edib.

Sonra Gürcüstan prezidenti Georgi Marqvelaşvili, baş nazir Georgi Kvirikaşvili, Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze çıxış edib, Gürcüstanın Avroatlantik strukturlara inteqrasiyası, silahlı qüvvələrin təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə məlumat veriblər.

Qeyd edək ki, bu sessiyada “Gürcüstanın Avroatlantik inteqrasiyasının dəstəklənməsi” bəyannaməsi qəbul olunacaq.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə