Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bu reklam Belçika kralını əsəbləşdirdi
Bu reklam Belçika kralını əsəbləşdirdi
29 May 2017 / 13:32 / Baxış sayı: 436
Font1 Font2 Font3 Font4

Beynəlxalq “fast food” restoran zənciri “Burger King” Belçikada yeni açacağı filialı üçün reklam hazırlayıb və bu reklam Belçika kralını çox əsəbiləşdirib. 

“Qaynarinfo” xəbər verir ki, dünyanın məşhur “fast food” brendlərindən olan “Burger King” gələn ay Belçikada açacağı ilk filialının reklam çarxını yayınlamağa başlayıb. Şirkət reklam kampaniyası çərçivəsində “Kral kimdir?” mənasına gələn “Whoistheking.be” adlı sayt da yaradıb. Sayta daxil olan zaman Belçika kralı Filippin taxta çıxma tarixi və firmanın filialını açacağı günün tarixi qeyd olunur. Solda isə üzərində kralın şəkli olan krallığın gerbi, sağda isə “Burger King” loqosu olan səhifə açılır.

İstifadəçilər “Burger King”i seçərsə, sayta problemsiz daxil ola bilirlər. Ancaq kral seçildiyində “Əminsiniz? Kartof dilimlərinizi o hazırlamayacaq” cümləsi çıxır. “Bəli”, deyib bu mərhələni də keçənlər əmin olub-olmadıqlarına dair bir sualla da qarşılaşır. Son səhifədə isə sadəcə “xeyr” ifadəsi çıxır.

Bu reklam Belçika kralının etrazına səbəb olub.

Belçika krallığının sözcüsü Pier Emanuel de Bav kralın adının və şəklinin istifadəsi üçün icazə istənməsinin lazım olduğunu söyləyib: “Ticarət məqsədilə olduğu üçün icazə istəsəydilər belə verməzdik”.

Belçikanın rəsmi xəbər agentliyi krallığın qısa zamanda firmayla əlaqəyə keçəcəyini bildirib.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə