Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Polislərin qovduğu maşın qaçırılıbmış – RƏSMİ
Polislərin qovduğu maşın qaçırılıbmış – RƏSMİ
29 May 2017 / 14:21 / Baxış sayı: 302
Font1 Font2 Font3 Font4

Daxili İşlər Nazirliyi dünən Xırdalanda baş verən qəza ilə bağlı məlumat yayıb.

arxiv.bizimxeber.az nazirliyin saytına istinadən xəbər verir ki, mayın 28-də saat 15 radələrində Xırdalan şəhəri ərazisində Bakı şəhər sakini Sahil Məmmədov idarə etdiyi “VAZ-2106” markalı avtomobili aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb, sərnişini isə xəstəxanaya yerləşdirilib.

Araşdırmalar zamanı qeyd edilən avtomobilin Bakı şəhər sakini Elvin Məmmədova məxsus olması və mayın 28-də Nizami rayonu ərazisindəki avtomobil təmir sexlərindən birindən orada işləyən Sahil Məmmədov tərəfindən qaçırılması müəyyən edilib.

Abşeron RPİ tərəfindən araşdırma aparılır.

Xatırladaq ki, mətbuatda yayılan məlumatlarda qəzaya səbəb kimi yol polisinin “Hyundai Tucson”la “VAZ-2106″nı qovmasını göstərilirdi.
arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə