Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Türkiyə səfiri əsirlərə görə hərbi gəmi ilə Nargin adasına getdi – VİDEO
Türkiyə səfiri əsirlərə görə hərbi gəmi ilə Nargin adasına getdi – VİDEO
29 May 2017 / 14:28 / Baxış sayı: 766
Font1 Font2 Font3 Font4

Birinci Dünya Müharibəsində 10 mindən artıq türk əsgərinin əsir saxlanıldığı Xəzər dənizindəki Nargin (Böyük Zirə) adasını ilk dəfə Türkiyənin Bakıdakı səfiri Erkan Özoral ziyarət edib.

Virtualaz.org xəbər verir ki, bu barədə “Milliyet” məlumat yayıb.

Azərbaycan Hərbi Dəniz Qüvvələrinə aid gəmi ilə həyata keçirilən ziyarətdə Türkiyənin Bakıdakı səfiri Erkan Özoral, həyat yoldaşı Meltem Özoral, hərbi attaşe general Zafer Ocak, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandan müavini Natiq Bağırov, Qars Sərhəd Boyları Dərnəyi Başqanı Muharrem Yıldız və mətbuat nümayəndələri qatılıblar.

Sahildən 11 kilometr məsafədə yerləşən adada səfirlik nümayəndələrini əsgərlər qarşılayıb. Adaya şəhidlərin ruhuna hörmət əlaməti olaraq qərəfillər qoyulub və dualar oxunub. Qars Sərhəd Boyları Dərnəyi Başqanı Muharrem Yıldız isə adadakı torpaqdan Sarıkamış şəhid məzarlığına aparmaq üçün götürüb.

Türkiyə səfiri Erkan Özoral adada mətbuat nümayəndələrinə verdiyi açıqlamada türk tarixinin şanlı və eyni zamanda Sarıkamış kimi acı səhifələrlə dolu olduğunu bildirib:

“Bundan da acı olanı bu səhifələrimizi bizim yetərincə bilməməyimizdir. Bu gün tariximizin o acı səhifələrinin yaşandığı bir yerdəyik. Bura Xəzər dənizindəki Nargin adasıdır. Nargin adası Birinci Dünya Müharibəsi zamanı ruslar tərəfindən Anadoludan əsir alınan, yəni Sarıkamışda donaraq şəhid olmaqdan qurtulub rusların əlinə əsir düşən əsgərlərimizin gətirilərək əsir saxlanıldığı bir düşərgədir. Hazırda əsgərlərimizin böyük ehtimalla kütləvi şəkildə öldürüldükləri bir ərazidəyik. Buraya 12-20 min arası əsirin gətirildiyi deyilir. O dövrdə əsirlərin saxlanma şəraiti barədə məlumatın Bakıdakı xalqa çatmasından sonra tariximizin ən gözəl səhifələrindən biri yazılıb. Bizim tarixdən böyük ibrət götürməyimiz lazımdır. Bunun üçün də nələr yaşadığımızı bilməliyik. Sarıkamışdan götürülən əsgərlərin bura gətirilməsinin, hətta buradan bir qisminin Sibirə aparılmasının detallarının təəssüf ki, yetərincə bilmirik. Xüsusilə gənc nəsillərin bu yaşananları öyrənmələri və bilmələri lazımdır ki, biz bir daha bu fəlakətləri yaşamayaq. Tariximiz bir daha fəlakətlərə səhnə olmasın, şanlı səhifələrlə doldurulsun”.

Səfir adadakı kədərli durumu bir qədər yumşaldan bir məsələnin də olduğunu deyərək davam edib:

“Söhbət buradakı əsirlərə qarşı Azərbaycan xalqının göstərdiyi qonaqpərvərlikdən gedir. Adadakı əsirlərin vəziyyətini öyrəndikdən sonra Bakı əhalisi rus nümayəndələrlə təmas qurur. Ondan sonra adaya qida göndərməyə başlayırlar. Əsirlərə paltar gətirirlər. Bir müddətdən sonra isə onlar üçün həftə sonu icazəsi almağa nail olurlar. İcazə müddətində əsirləri evlərində saxlayıb yedirib-içirirlər. Öz həyatlarını təhlükəyə atıb onların qaçması üçün şərait yaradırdılar. Azərbaycanda bizim tariximizin önəmli bir parçası gizli qalır. Bunu mütləq ortaya çıxarmalıyıq. Türkiyə ilə Azərbaycan xalqları bir-birilərini daha sıx qucaqlamalıdırlar. Türkiyənin hər bir vətəndaşının gəlib Azərbaycanı görməsini ürəkdən arzu edirəm. Bizim qardaşlığımız ancaq belə möhkəmlənəcək” — deyə səfir bildirib.

Qars Sərhəd Boyları Dərnəyi Başqanı Muharrem Yıldız isə tarixdə Sarıkamış savaşı və döyüşçülərinə az yer ayrıldığını bildirərək bunun doğru olmadığını dilə gətirib. O, qeyd edib ki, ildə bir dəfə türk yetkililər tərəfindən bu adaya ziyarətin təşkil olunmalıdır.

O, məşhur türk pilot Vechi Hürkuşun da vaxtilə Nargində əsir olduğunu, lakin azərbaycanlıların köməyilə əsirlikdən qaçdığını da bildirib. O, qeyd edib ki, keçən il Cumhur başkanından bu adada şəhidləri anma ilə əlaqəli bir abidə olmasını xahiş ediblər.

“İnşallah səfirimiz bu məsələyə qarışdı. Bizim kimi buranı bir çox dərnək və qruplar ziyarət edib. Bu ziyarət isə dövlət tərəfindən rəsmi olaraq təşkil olunub. Artıq Türkiyə Respublikası bu rəsmi səfəri başlatdı və bundan sonra davam edəcək”,- deyə M. Yıldız bildirib.

Xatırladaq ki, Xəzər dənizində yerləşən 3.1 kilometr uzunluğu və 900 metr eni olan Nargin adası, bölgənin ən böyük adasıdır. Su təchizatı ilə bitki örtüyü olmayan, ilanlarıyla məşhur olan adaya “İlan” adası da deyirlər. Ada ruslar tərəfindən uzun illər “həbsxana ada” olaraq istifadə edilib. I Dünya Müharibəsi dövründə Türkiyə və Azərbaycan arasında faciəli hadisələrə ev sahibliyi edib. Şərqi Anadolunun Ruslar tərəfindən işğalı zamanı həbs olunan əsgərlər adada əsir olaraq saxlanılıblar. Əsirlər aclıq, ilan dişləməsi və həbsxana işçilərinin işgəncələri səbəbi ilə ölüblər. Türk pilot Vechi Hürkuş da adada əsir tutulanlardan idi və bölgə sakinlərinin yardımları ilə xilas olmuşdu.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə