Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Həsən Ruhani Azərbaycan prezidentinə məktub göndərib
Həsən Ruhani Azərbaycan prezidentinə məktub göndərib
29 May 2017 / 15:28 / Baxış sayı: 572
Font1 Font2 Font3 Font4

İran prezidenti Həsən Ruhani Azərbaycan dövlət başçısı İlham Əliyevə məktub ünvanlayıb.

 

APA-ın Tehran bürosunun məlumatına görə, H. Ruhani İlham Əliyevi və Azərbaycan xalqını 28 May – Respublika günü münasibətilə təbrik edib.

 

Məktubda deyilir: “Azərbaycanın müstəqilliyinin ildönümünü münasibətilə Sizi, dövlətinizi və ölkənizin xalqını səmimi qəlbdən təbrik edirəm.

 

İki ölkə arasında güclü potensial, eləcə də iki xalqı bir-birinə bağlayan tarixi, mədəni və dini bağlar var. Əməkdaşlığın günbəgün artırılması və qarşılıqlı mənafe uğrunda əlaqələrin inkişafı üçün misilsiz şərait mövcuddur.

 

Əminəm ki, iki ölkənin əlaqələrində önəmli addımlar ata biləcəyik. Əlaqələrimizin daha da inkişaf edəcəyinə böyük ümidlər var.

 

Allah Təaladan Sizə sağlamlıq və müvəffəqiyyət, Azərbaycan xalqına isə başıucalıq və inkişaf arzulayıram”.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə