Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Makron Trampın əlini elə sıxıb ki…
Makron Trampın əlini elə sıxıb ki…
29 May 2017 / 15:58 / Baxış sayı: 836
Font1 Font2 Font3 Font4

“The Guardian” yazır ki, əl tutub görüşməyin tarixçəsi belədir: Görüşənlər silahsız olduqlarını göstərirlər. Amma Tramp dünyanın bütün başqa qanunları kimi bunu da yenidən yazıb. ABŞ prezidenti əl tutub görüşməyə silah kimi baxır. Lakin indi Fransanın yeni prezidenti Makronun sayəsində Tramp bu xasiyyətini də dəyişməli olacaq.

Məqalədə deyilir ki, Fransa və ABŞ prezidentləri görüşərkən bir-birlərinin əlini sıxıblar və bu əlsıxmadan Fransa lideri qalib çıxıb. Bu əl görüşməsinin sonunda Trampın üzündə ağrıdan doğan yazıq bir ifadə vardı.

Əslində Makron Trampla əl tutmağa çox da can atmırdı və buna görə də NATO sammitində hamıdan əvvəl Almaniya kansleri Merkellə qucaqlaşıb görüşmüşdü.Tramp üçün əlsıxma onun hegemonluğunun bəyanatıdır. O ali məhkəmə hakimi Neil Qorsuçla görüşəndə sonuncuya sanki “əl tulası” kimi baxırdı. Tramp Yaponiya baş naziri Abe-nin əlini onun gözləri bərələnədək – düz 18 saniyə sıxmışdı.

FTB-nin keçmiş direktoru Ceyms Komini isə Tramp özünə tərəf dartıb qucaqlamaq istəmişdi. Sanki bununla ona “sən mənim adamımsan” demək istəyirdi. Lakin Komi bu şit jestdən məharətlə yayınmışdı.

Tarixdə başqa əlsıxmalar da olub. Məsələn Şimali İrlandiya millətçilərinin başçısı Gerry Adams və Britaniyanın ovaxtkı baş naziri Toni Bleyerin görüşündən əvvəl hamını maraq bürümüşdü: əl tutacaqlar, yoxsa yox. 1993-cü ilin sentyabrında İsrailin o zamankı baş naziri İshaq Rabinin Fələstin lideri Yasir Ərəfatın əlini könülsüz sıxdığı diqqətdən yayınmamışdı.

Tramp bütün bu ritualları alt-üst edib. Məsələn, Ağ Evdə jurnalistlərin ondan Merkellə əl tutmasını xahiş etmələrinə cavab olaraq yerindəcə daş kimi donub qalıb. Amma əvəzində Misirin avtoritar prezidenti Sisi və ya Rusiya xarici işlər naziri Lavrovla çox hərarətlə əl tutub.

Lakin Trampın qərbli həmkarları onun bu fəndlərini tez başa düşüblər. Kanadanın baş naziri Castin Trudeau Qorsuçsayağı  qucaqlanmağının qarşısını almaq üçün önləyici hərəkətlə Trampın qolundan tutub. Amma Makron ona öz ruhunda, oda atəşlə cavab verib. Sözün əsl mənasında onun əlini sıxıb. Və Trampa başa salıb ki, əl sıxmaq necə olur. (BBC)

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə