Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycan buna görə dünyada 13-cüdür
Azərbaycan buna görə dünyada 13-cüdür
29 May 2017 / 16:13 / Baxış sayı: 630
Font1 Font2 Font3 Font4

Azərbaycanlılar günə 6-7 siqaret çəkir

Çin dünyanın ən çox siqaret çəkən xalqıdır. Bu ölkədə adambaşına ildə 4124 siqaret çəkilir. Bu, günə 11-12 siqaret deməkdir.

Dünya Səhiyyə Təşkilatının 31 may Tütünə qarşı mübarizə gününə həsr edilmiş və “The İndependent” qəzetində dərc olunmuş interaktiv xəritəsindən Azərbaycan haqqında da məlumat almaq olar və bu məlumat kifayət qədər kədərlidir.

Azərbaycanda adambaşına bir ildə çəkilən siqaretlərin sayı 2114, 33-dür. Günə 6-7 siqaret düşür. Adambaşına çəkilən siqaretlərin sayına görə Azərbaycan 13-cü yerdədir.

Azərbaycanda əvvəlki pilləni Qazaxıstan tutur. Bu ölkədə bir adam bir ildə 2156 siqaret çəkir.

Amma digər Mərkəzi Asiya respublikalarında siqaret əhəmiyyətli dərəcədə az çəkilir. Türkmənistan ildə adambaşına 895 siqaretlə 69-cu yeri tutur. Özbəkistan 565 siqaretlə 92-ci, Tacikistan 533 siqaretlə 97-ci yerdədir.

Azərbaycan, həm də bütün Cənubi Qafqazda ən çox siqaret çəkən ölkə sayılır. Qonşu Gürcüstanda bir ildə adambaşına düşən siqaretlərin sayı 1378, Ermənistanda isə 1545-dir. Bu indeks cədvəlində müvafiq olaraq 39-cu və 30-cu yerlərə uyğundur.

Türkiyədə (29) bir ildə hər adama 1581 siqaret düşür. İranda (71-ci yer) bu rəqəm 853-dür.

Çindən sonra ən çox siqaret çəkən ikinci ölkə Belarusdur (3831). Onun ardınca Livan (3023), Makedoniya (2732) və Rusiya (2690) gəlir.

Qvineya dünyada ən az siqaret çəkən ölkədir. Burada adambaşına ildə cəmi 15 siqaret düşür. Afrika ümumiyyətlə, ən az siqaret çəkilən qitədir. Solomon adaları (26), Kiribati (28), Uqanda (41) və Ruanda (53) siqaret çəkən ölkələrin cədvəlinin dibini tuturlar.

İndeksə daxil edilmiş 182 ölkədən 68-ində adambaşına gündə bir siqaretdən az düşür. 61 ölkədə isə ildə adambaşına 1000-dən artıq siqaret çəkilir.

Britaniya cədvəldə 76-cı yerdədir. Burada hər bir adam ildə 826 siqaret çəkir. ABŞ 1083 siqaretlə 57-ci yeri tutur.(BBC)

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə