Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakıda polisin ölümü ilə bağlı yeni faktlar: “PORSCHE”Nİ SÜRƏN KİMDİR? – ADLAR AÇIQLANDI
Bakıda polisin ölümü ilə bağlı yeni faktlar: “PORSCHE”Nİ SÜRƏN KİMDİR? – ADLAR AÇIQLANDI
30 May 2017 / 13:58 / Baxış sayı: 6570
Font1 Font2 Font3 Font4

Bu gün Bakıda polis avtomobilinin düşdüyü ağır yol qəzası ilə bağlı bəzi məqamlar aydınlaşıb. Qəza polis serjantı, 24 avqust 1992-ci ildə anadan olmuş Zeynallı Emin Adil oğlunun idarə etdiyi 99 AP 658 dövlət qeydiyyat nişanlı avtomobilin “SOCAR” yanacaqdoldurma məntəqəsinə dönməsi zamanı baş verib.

 

Məlum olub ki, Səbail rayon Polis İdarəsi Post Patrul Xidməti Bölüyünə məxsus olan “Fiat Doblo”ya arxadan yüksək sürətlə çırpılan 10 VV 155 dövlət qeydiyyat nişanlı “Porsche Cayenne”i Suraxanı sakini, 1974-cü il təvəllüdlü Məmmədov Rövşən Aydın oğlu idarə edirmiş. Müxtəlif dərəcəli bədən xəsarətləri alan R.Məmmədov Travmotologiya İnstitutuna yerləşdirilib.
Bu arada məlum olub ki, qəzada ölən Emin Zeynallı 1 il imiş ki, polis sıralarında xidmətə başlayıbmış.

 

*****

12:28

 

Bakıda dəhşətli qəzada ölən polisin adı məlum olub. Lent.az-ın əldə etdiyi məlumata görə, “Porsche Cayenne” markalı, 10 VV 155 dövlət qeydiyyat nişanlı avtomobillə vurulan 99 AP 658 nömrəli Polis Post Patrul Xidmətinə məxsus “Fiat Doblo”da ölən polis əməkdaşı 25 yaşlı Zeynallı Emil Adil oğlu olub.

 

Bildirilir ki, E.Zeynallı polis avtomobilini idarə edərkən “Porsche” yüksək sürətlə arxadan çırpılıb. Zərbənin gücündən o, maşının şüşəsindən çıxaraq yolun hərəkət hissəsinə düşüb və hadisə yerindəcə keçinib.

 

Qəzadan sonra “Porsche”ni idarə edən şəxs xəstəxanaya aparılıb.

 

*****

11:10

 

Bu gün Bakıda ağır yol qəzası baş verib. lent.az xəbər verir ki, saat 10 radələrində Səbail rayonu Bibiheybət yolunda “Porsche Cayenne” markalı avtomobil “Fiat Doblo” markalı polisin post patrul avtomobilinə çırpılıb. Nəticədə 3 nəfər ağır xəsarət alıb. Yaralılar Kliniki Mərkəzə aparılıb. Onlardan biri xəstəxanada vəfat edib.

 

Bildirilir ki, ölən şəxs polis əməkdaşıdır.

 

Hadisə yerindən çəkilmiş bəzi fotoları təqdim edirik.

 

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə