Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Gilan Holding”də nə baş verir: Şirkət “əl dəyişib”?
“Gilan Holding”də nə baş verir: Şirkət “əl dəyişib”?
30 May 2017 / 11:48 / Baxış sayı: 3218
Font1 Font2 Font3 Font4

Ölkənin ən böyük şirkətlərindən biri olan “Gilan Holding”lə bağlı təzadlı məlumatlar yayılır.

Son olaraq “Qaynarinfo”ya daxil olan məlumata görə, bir neçə gün əvvəl “Gilan Holding”in sahibi dəyişib.

Mənbə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ailəsinə məxsus bu nəhəng biznes strukturunun kimin nəzarətinə keçməsi ilə bağlı məlumat versə də, rəsmi açıqlama verilmədiyinə görə, biz də detallı yazmırıq.

Məlumatı dəqiqləşdirmək üçün şirkətin saytında yerləşdirilən əlaqə nömrəsinə etdiyimiz zəngdən də bir nəticə hasil olmadı.

Telefon zəngimizə cavab verən xanım əməkdaş bizi nə mətbuat xidməti, nə də başqa bir məsul şəxslə calaşdıra bilməyəcəyini dedi: “Belə bir səlahiyyətim yoxdur”.

Məlumatı diqqətçəkən edən daha bir vacib məqam ondan ibarətdir ki, anoloji xəbərlər hələ vəzifədə olarkən keçmiş nəqliyyat naziri Ziya Məmmədov və yaxın ətrafına məxsus şirkətlər barəsində də yayılmışdı. Çox keçməmiş nəqliyyat naziri nəinki “istirahətə” göndərildi, rəhbərlik etdiyi nazirlik belə ləğv olundu.

Qeyd edək ki, sabiq və indiki nazirlər arasında ən böyük biznes imperiyasının da Kəmaləddin Heydərova və ailəsinə məxsus olduğu deyilir. Mətbuatda dərc olunan və indiyə qədər təkzib olunmayan məlumatlara əsaslansaq, “fövqəlnazir”in 300-ə yaxın şirkətə nəzarət etdiyini söyləmək olar.

“Gİlan Holding” özü də ayrılıqda onlarla şirkəti özündə birləşdirən – tikinti, turizm, sənaye sahələri başda olmaqla müxtəlif biznes növləri ilə məşğul olan nəhəng biznes strukturudur.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə