Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Moskvada-QASIRĞA -ÖLÜ SAYI 16
Moskvada-QASIRĞA -ÖLÜ SAYI 16
30 May 2017 / 11:59 / Baxış sayı: 198
Font1 Font2 Font3 Font4

Moskva regionunda qasırğa qurbanlarının sayı 16 nəfərə yüksəlib. Onlardan 11-i Moskvada, digər 5-i isə Moskva ətrafında həlak olub.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib.

Əlverişsiz hava şəraiti ciddi fəsadlara səbəb olub: 3,5 mindən çox ağac kökündən qopub, 1,5 mindən çox avtomobilə və 140-dan çox yaşayış evi və inzibati binanın dam örtüyünə xətər yetirilib.

Təxminən 150 nəfər xəstəxanalara çatdırılıb, onlardan 22-si uşaq olmaqla 108-i hələ də xəstəxanalarda qalır.

Moskva meri Sergey Sobyanin bildirib ki, qasırğa nəticəsində ölən və yaralananların ailələrinə bir milyon rubl veriləcək.

Moskvanın kommunal xidmətləri əlverişsiz hava şəraitinin bütün fəsadlarını aradan qaldırıncaya qədər gücləndirilmiş iş rejimində çalışacaq.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə