Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Eldar Sabiroğlunun oğlunun işinə Ali Məhkəmədə baxılacaq
Eldar Sabiroğlunun oğlunun işinə Ali Məhkəmədə baxılacaq
30 May 2017 / 12:15 / Baxış sayı: 254
Font1 Font2 Font3 Font4

Rüşvət almaqda təqsirləndirilən keçmiş müstəntiq Rüfət Səfərov barəsində olan hökmdən kassasiya şikayəti verib.

Virtualaz.org-un məlumatına görə, işə Ali Məhkəmədə baxılacaq. İclas hakim Gülzar Rzayevanın icraatına verilib. Məhkəmə iclası iyunun 20-də keçiriləcək.

Baş Prokurorluğun yaydığı məlumata əsasən, Zərdab Rayon Prokurorluğunun keçmiş müstəntiqi R.Səfərov bir müddət əvvəl “Prokurorluq haqqında” qanunun 34-cü və “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi”nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokurorluq orqanlarında prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə, prokurorluq orqanlarından xaric edilib. Barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə cinayət işi başlanıb. Binəqədi Rayon Məhkəməsində onunla bağlı 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Sonra məhkəmə R.Səfərovun ev dustaqlığına buraxılması ilə bağlı iddiasına baxıb və iddia təmin olunub.

R.Səfərov barəsində irəli sürülən ittihamla razı olmadığını bildirib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Səfərov 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan R.Səfərov apelyasiya şikayəti verib.

O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Şirvan Apelyasiya Məhkəməsi şikayəti təmin etməyib.

Xatırladaq ki, R.Səfərov Müdafiə Nazirliyi mətbuat xidmətinin keçmiş rəhbəri, sabiq deputat Eldar Sabiroğlunun oğludur.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə