Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

ABŞ səfirliyinin əməkdaşı Bakıda qəzaya düşdü
ABŞ səfirliyinin əməkdaşı Bakıda qəzaya düşdü
30 May 2017 / 13:04 / Baxış sayı: 302
Font1 Font2 Font3 Font4

Bu gün səhər saatlarında Bakıda qəza baş verib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə saat 09:10 radələrində Səbail rayonunda qeydə alınıb.

1988-ci il təvəllüdlü Qadir Məmmədzadənin idarə etdiyi Toyota Prado markalı 90-LM-888 dövlət nömrə nişanlı avtomaşın, Amerika Birləşmiş Ştatlarının ölkəmizdə səfirliyinə məxsus olan, ABŞ-ın Azərbaycandakı səfirliyində işləyən, ABŞ vətəndaşı Şaynbaum Rossun idarə etdiyi Volvo markalı 006 D 056 dövlət nömrə nişanlı avtomaşına arxadan çırpılıb.

Hadisə nəticəsində “Volvo”nun arxa tərəfi, Toyota Prado markalı 90-LM-888 dövlət nömrə nişanlı avtomaşının qabaq hissəsi əzilib. Hər iki avtomaşına yüngül maddi ziyan dəyib, xəsarət alan olmayıb.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə