Загрузка...
Xəbər lenti



Загрузка...

Qəza yerindən yaralıları daşıyan təcili yardım maşını piyadanı vurdu
Qəza yerindən yaralıları daşıyan təcili yardım maşını piyadanı vurdu
30 May 2017 / 13:49 / Baxış sayı: 778
Font1 Font2 Font3 Font4

Rusiyanın Saratov şəhəri yaxınlığında baş vermiş təyyarə qəzası və onun nəticəsində 1 nəfərin həlak olması, 4 nəfərin yaralanması barədə yazmışdıq.

Virtualaz.org yerli mənbələrə istinadən xəbər verir ki, yaralıları qəza yerindən Saratovdakı xəstəxanalara daşıyan təcili yardım maşınlarından biri qəzaya düşüb.

Təqdim etdiyimiz kadrlardan göründüyü kimi, yol ayrıcında minik maşını ilə toqquşan təcili yardım avtomobili yol kənarında dayanmış qadını vurub və dirəyə çırpılıb. Yaralanmış qadın da xəstəxanaya yerləşdirilib.

Qeyd olunur ki, təcili yardım maşınında yaralı olmayıb. Avtomobil ehtiyat maşını kimi qəza yerinə yollanıbmış.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə