Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Qaçqınkom”un sabiq məmuruna 9 il həbs cəzası verildi
“Qaçqınkom”un sabiq məmuruna 9 il həbs cəzası verildi
30 May 2017 / 15:42 / Baxış sayı: 1036
Font1 Font2 Font3 Font4

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Gülnarə Muxtarovanın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Virtualaz.org saytının xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, G.Muxtarova 9 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Gülnarə Muxtarova Dövlət İdarələri və İctimai Xidmət İşçilərinin Həmkarlar İttifaqının Qaradağ rayon şöbəsinin sədri vəzifəsində işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə etməklə 2013-2014-cü illər ərzində 29 nəfər şəxsi aldadaraq onlardan 139 min manat pul alıb. O, həmin şəxslərə Qaradağ rayonunun “Müşfiqabad” və “Ümid” qəsəbələrində məcburi köçkünlər üçün tikilən binalardan mənzil verəcəyini vəd edib. Bu yolla Şövkət Hüseynova, Yaqub Qarayev, Həqiqət Şəmmədova, Jalə Mehdiyeva və digərlərinin adını siyahıya salmaq adıyla onlara külli miqdarda ziyan vurub.

Faktla bağlı Qaradağ rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb. Ötən ilin mart ayında G.Muxtarova barəsində Qaradağ rayon məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə