Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Qarabağda ermənilərə qan udduran qadın snayperlər
Qarabağda ermənilərə qan udduran qadın snayperlər
30 May 2017 / 16:17 / Baxış sayı: 1078
Font1 Font2 Font3 Font4

1990-2000-ci illərdə Rusiya ordusuna qarşı döyüşən “Ağcorablılar” adlı snayper qadınlar haqda müxtəlif rəvayətlər, əfsanələr dolaşırdı.

“Ağcorablılar” Dağlıq Qarabağda, Dnestryanıda, Çeçenistanda, Gürcüstanda və digər münaqişəli ərazilərdə ruslara qarşı döyüşürdü.

Fərziyələrə görə, snayper qadınlar əsasən Baltikyanı ölkələrdən olan gənc qızlardan ibarət idi. Onlar haqda ilk məlumatlar 90-cı illərdə gürcü-abxaz müharibəsində ortaya çıxdı. Rəsmi mənbələr də bu regionda qadın snayperlərin olmasını təsdiq edirdi. O da təsdiq edilirdi ki, bu xanımlar gürcülər tərəfindən döyüşür. Lakin informasiyanın rəsmi tərəfi sadəcə bir neçə cümlədən ibarət idi. Yerdə qalanların hamısı isə tamamilə ehtimallar, şayiələrdən ibarət idi.

Şayiələrə görə, snayper qadınlar Rusiyaya nifrət edir və saatı 50 dollara muzdlu olaraq döyüşürdü.

1995-ci ildə “Kommersant” nəşri təsdiq edilməmiş məlumatlara əsasən yazırdı ki, Qroznıda slavyan görünüşlü qadın snayperlər vuruşur. Daha sonra hərbçilər Qroznıda Latviya, Estoniya və Litva mənşəli qadınların öldürülməsi haqda şayiələr yaydılar. Bu informasiyalar Dnestryanıda da yayıldı. Həm Rusiya, həm də Baltikyanı ölkələr bu informasiyaları təsdiq etmədi. Rəsmilər hesab edirdilər ki, bu, ölkələr arasında düşmənçiliyi yaymaq istəyənlərin işidir və snayper qadınlar həqiqətən mövcud olsa belə, çox güman ki, onlar Baltikaynı ölkələrə məxsus görüntü yaradan yerlilərdir.

Snayper qadınlardan biri “Lolita” ləqəbli gənc qız idi. O, 1995-2001-ci illərdə Basayevin dəstəsində xidmət edirdi. “Moskovskaya komsomolskaya” yazırdı ki, “Lolita” haqda informasiyalar geniş rezonans yaratdı. Nəşr qeyd edirdi ki, Şamil Basayev 90-cı illərdə qadın snayperlərdən ibarət dəstə yaradıb və bura Ukrayna, eləcə də Baltikyanı ölkələrdən qatılmaq istəyənlər də qəbul edilirdi. Bu dəstənin rəhbəri Basayevin doğma bacısı Mədinə idi.

Ehtimallar var ki, “Ağcorablılar” onlar olub.

Federal Təhlükəsizlik Xidmətinin polkovniki S.Şarvin isə danışır ki, “Ağcorablılar” yaxşı pul üçün rus əsgərlərini vurmağa hazır olan rus qadınlar da ola bilərdi.

Heç bir halda isə “Ağcorablılar” haqda rəsmi informasiya yoxdur. Lakin çoxları Dağlıq Qarabağda, Gürcüstanda, Dnestryanıda ruslara qarşı döyüşən qadın snayperlərdən israrla danışır. (publika.az)

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə