Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azercell Karyera Sərgisində iştirak etdi
Azercell Karyera Sərgisində iştirak etdi
30 May 2017 / 16:17 / Baxış sayı: 534
Font1 Font2 Font3 Font4

Azercell Telekom növbəti dəfə Karyera Sərgisində iştirak edib. Bu dəfə mayin 27-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) II Məzun-Karyera Sərgisi keçirilib. Sərgidə 56 şirkət 1500-ə yaxın tələbə və məzunun iştirak edib.

Şirkət nümayəndələri Azercell-ə işə qəbul olmaq istəyən məzunlar üçün informasiya sessiyaları təşkil ediblər və şirkətdə mövcud olan vakansiyalar barədə sərgi iştirakçılarını məlumatlandırıblar. İşə qəbul şöbəsinin əməkdaşları Azercell-ə işə qəbul və şirkətin elan etdiyi Tələbə Təqaüdü və Təcrübə proqramları haqqında məlumat veriblər, eyni zamanda məzunları maraqlandıran sualları cavablandırıblar. Tələbələr mövcud əmək bazarında onların ixtisaslarına olan tələbat barədə məlumat əldə etmək, işəgötürənlərlə ilkin əlaqələr qurmaq, işəgötürənlər isə öz növbəsində potensial kadrların seçimini aparmaq imkanı qazanıblar.

Tədbirin keçirilməsində məqsəd öz bacarıq və biliklərinə uyğun iş axtaran gənclərə məsləhətlər vermək, onlara gələcək karyeralarını qurmaqda yardım etməkdir. Qeyd edək ki, Azercell Telekom daim istedadlı gənclərə bu istiqamətdə dəstək olur. Son illər ərzində mütəmadi olaraq Azercell-in təşəbbüsü ilə şirkət tərəfindən Karyera Günləri təşkil edilir. Hər il baş tutan bu cür tədbirlər zamanı şirkətdə işləmək istəyən istedadlı gənclərlə görüşlər keçirilir, Azercell-in fəaliyyəti, iş prinsipləri barədə ətraflı məlumat verilir.

Məlumat üçün bildirək ki, Azercell ötən il Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə əməkdaşlıq haqqında memorandumu imzalayıb. Bu memoranduma əsasən tərəflər arasında elmi-texniki və tədris sahəsində təcrübə mübadiləsi aparılır, əməkdaşların ixtisas səviyyələrinin artırılması məqsədilə kurslar təşkil olunur. Eyni zamanda əməkdaşlıq şəraitində universitetin elmi-texniki və tədris bazası inkişaf etdirilir, Azercell tərəfindən həyata keçirilən Tələbə Təcrübə Proqramı çərçivəsində

proqrama müraciət etmiş və müvafiq tələblərə cavab verən, Azercell tərəfindən seçilmiş tələbələr üçün təcrübələr təşkil olunur.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə