Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Astarada məktəbli kafedə ofisiantı bıçaqladı – YENİLƏNİB
Astarada məktəbli kafedə ofisiantı bıçaqladı – YENİLƏNİB
30 May 2017 / 16:32 / Baxış sayı: 818
Font1 Font2 Font3 Font4

Astara rayonunda məkltəbli kafedə ofisiantı bıçaqlayıb.

arxiv.bizimxeber.az-ın report-a istinadən məlumatına görə, hadisə Astara Bulvarında yerləşən kafelərdən birində baş verib.

Belə ki, kafedə ofisiant işləyən, Astara şəhər Heydər Əliyev prospektində yaşayan, 1993-cü il təvəllüdlü Murad Fazil oğlu Qulamzadə 16 yaşlı məktəbli, Əli Məmmədzadə tərəfindən  bir neçə bıçaq zərbəsi alıb.

Yaralı ətrafdakıların köməyi ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan report-a verilən məlumata görə, M.Qulamzadəyə qarının ön divarının, döş qəfəsinin və sol yan səthinin kəsilmiş-deşilmiş yaraları diaqnozu qoyulub. O, əməliyyat olunub.

Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən məktəbli Ə.Məmmədzadə saxlanılıb.

Faktala bağlı araşdırma aparılır.

———-

16:06

Astarada bıçaqlanma hadisəsi baş verib.

arxiv.bizimxeber.az APA-ya istinadən xəbər verir ki, xəsarət alan Astara sakini, 1993-cü il təvəllüdlü Murad Fazil oğlu Quluzadə xəstəxanada əməliyyat olunub, vəziyyətinin orta-ağır olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə