Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Rus səfirin qatilini səudiyyəli cihadçı ilə nə birləşdirir?
Rus səfirin qatilini səudiyyəli cihadçı ilə nə birləşdirir?
30 May 2017 / 19:41 / Baxış sayı: 5692
Font1 Font2 Font3 Font4

“Təhrir əş-Şam”ın lideri Rusiya səfirini qətlə yetirmiş polisin ziyarətində olduğu türk imamın kitabını oxumağı tövsiyə edib

“Ən-Nüsra Cəbhəsi”ndən ayrılan ekstremist qruplaşma “Təhrir əş-Şam”ın liderlərindən biri, Səudiyyə Ərəbistanından olan Abdullah əl-Muhaysini Türkiyədəki ardıcılları üçün lentə aldırdığı videosunda türk islam yazarı və din xadimi Nurəddin Yıldızın kitablarını oxumağı tövsiyə edib. Muhaysininin videosu onun YouTube kanalında yayımlanıb və Türkiyədən Suriyaya döyüşmək üçün gedən cihadçılar üçün nəzərdə tutulub. Mayın 27-də yayımlanan videoda Muhaysini öz ardıcıllarına müraciət edərək onları Yıldızın “Ramazan Risaləsi” kitabını oxumağı tövsiyə edib. Məlum olduğu kimi, Ankarada Rusiya səfiri Andrey Karlovu qətlə yetirmiş polis Mert Mövlud Altuntaş cinayəti törətməzdən əvvəl Nurəddin Yıldızı ziyarət etmişdi.

arxiv.bizimxeber.az 



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə