Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Hərbi təyyarə qəzaya uğrayıb-1ÖLÜ, 2 YARALI
Hərbi təyyarə qəzaya uğrayıb-1ÖLÜ, 2 YARALI
31 May 2017 / 10:25 / Baxış sayı: 160
Font1 Font2 Font3 Font4

Nepalda hərbi təyyarə qəza enişi edib.

TASS informasiya agentliyinin məlumatın görə, bu barədə “Kathmandu Post” qəzeti məlumat yayıb. Qəzetin məlumatına görə, qəza paytaxtdan 700 kilometr məsafədə yerləşən Bacur dairəsinin Kolti hava limanında baş verib. Belə ki, Polşanın “PZL” firmasının istehsalı olan “M28 Skytruck” hərbi təyyarəsi Humla dağ rayonuna ərzaq məhsulları daşıyarkən qəzaya uğrayıb. Simikota aeroportuna enməli olan təyyarə əlverişsiz hava şəraiti səbəbindən Bacura uçub.

Təyyarə Kolti hava limanında sərt eniş etməsi səbəbindən uçuş-enmə zolağından 50 metr kənara çıxaraq aşıb. Nəticədə pilot yerindəcə ölüb, daha iki hərbçi isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, bu, son 3 gündə Nepalda baş vermiş ikinci təyyarə qəzasıdır.

arxiv.bizimxeber.az 



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə