Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“3 rayondakı yaşayış məntəqələrimiz atəşə tutuldu” – Müdafiə Nazirliyi
“3 rayondakı yaşayış məntəqələrimiz atəşə tutuldu” – Müdafiə Nazirliyi
31 May 2017 / 10:20 / Baxış sayı: 430
Font1 Font2 Font3 Font4

Mayın 30-da gecədən başlayaraq mayın 31-i səhərədək Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən iriçaplı silahlardan, o cümlədən 82 və 120 millimetrlik minaatanlardan istifadə edilməklə mövqelərimiz və cəbhənin Tərtər, Ağdam və Füzuli rayonları ərazisində bir sıra yaşayış məntəqələrimiz atəşə tutulub.

Müdafiə Nazirliyindən “Bizimxeber”ə verilən məlumata görə, Silahlı Qüvvələrin şəxsi heyəti və mülki əhali arasında itki yoxdur.
Silahlı Qüvvələrimizin ön xətt bölmələrinin adekvat cavab tədbirləri nəticəsində düşmən susdurulub.
Müdafiə Nazirliyi xəbərdar edir ki, Ermənistan silahlı qüvvələri bölmələrinin bu cür təxribatları təkrarlanarsa, Azərbaycan Silahlı Qüvvələri uzaq məsafədəki hədəfləri vuran artilleriya sistemlərini tətbiq etməklə düşmən müdafiəsinin dərinliyindəki yaşayış məntəqələrini atəşə tutacaq.

arxiv.bizimxeber.az 



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə