Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İTV-nin maşını qəza törətdi – YARALININ AYAĞINI KƏSDİLƏR
İTV-nin maşını qəza törətdi – YARALININ AYAĞINI KƏSDİLƏR
31 May 2017 / 10:23 / Baxış sayı: 594
Font1 Font2 Font3 Font4

Dünən səhər saatlarında Bakının Nərimanov rayonu ərazisində – Məmməd Araz küçəsində yerləşən “Ramada” otelin qarşısında lüks idman avtomobilinin İTV-nin xidməti maşınına çırpılması hadisəsi ilə bağlı bəzi məqamlar aydınlaşıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, 20 yaşlı Musa Həşimovun idarə etdiyi “Chevrolet Camaro” markalı, 99 LS 715 dövlət qeydiyyat nişanlı avtomobil İTV telekanalına məxsus “Shkoda” markalı, 10 PK 506 nömrəli maşına çırpılandan sonra yol kənarında dayanmış 1979-cu il təvəllüdlü İsmayılov Kənan Mübariz oğlunu vurub. Hadisə nəticəsində İTV-nin sürücüsü ilə digər əməkdaşı, eləcə də “Chevrolet Camaro”nun sürücüsü xəstəxanaya aparılıb. Onlara tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Yol kənarında dayandığı zaman bədbəxt hadisə ilə üzləşən Kənan İsmayılovun isə xəsarəti daha ağır olub. Onun sağ ayağı pəncə hissədən kəsilib.

Faktla bağlı Nərimanov rayon Polis İdarəsində araşdırma aparılır.

*****

30.05.2015

10:30

Bu gün səhər saatlarında Bakıda ağır yol qəzası baş verib. Lent.az xəbər verir ki, saat 09 radələrində Nərimanov rayonu ərazisində keçmiş Teymur Əliyev, hazırki Məmməd Araz küçəsində (Milyonerlər məhəlləsi kimi tanınan küçə) “Chevrolet Camaro” ilə İctimai Televiziyaya məxsus avtomobil toqquşub. Nəticədə 2 nəfər ağır xəsarət alıb. Yaralılar xəstəxanaya aparılıb.

Hadisə yerinə polis əməkdaşları gəlib, araşdırma aparılır.

arxiv.bizimxeber.az 



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə