Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Məmmədyarov Kolumbiya prezidenti ilə görüşüb
Məmmədyarov Kolumbiya prezidenti ilə görüşüb
31 May 2017 / 10:43 / Baxış sayı: 284
Font1 Font2 Font3 Font4

Xarici işlər naziri Elmar Məmmədyarov Kolumbiya Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin prezidenti Xuan Manuel Santos Kalderon ilə görüşüb.

XİN-in mətbuat xidmətindən “Bizimxeber”ə verilən məlumata görə, Kolumbiya prezidenti Azərbaycanın regionun ən güclü ölkəsi olduğunu deyib və ölkədə son illər əldə olunmuş iqtisadi-siyasi nailiyyətlərə sevindiyini bildirib. O, ilk fürsətdə məmnuniyyətlə Azərbaycan Respublikasına səfər edəcəyini söyləyib.

Görüş əsnasında Azərbaycan və Kolumbiya arasında mövcud yüksək səviyyəli dost əlaqələrinin inkişafından məmnunluq ifadə edilib və sözügedən əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğu vurğulanıb. İki ölkə arasında siyasi, iqtisadi, kənd təsərrüfatı və energetika sahəsində əməkdaşlıq məsələlərinə dair geniş fikir mübadiləsi aparılıb və ticarət əlaqələrinin möhkəmləndirilməsinin vacibliyi qeyd olunub.

E. Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi haqqında məlumat verib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

arxiv.bizimxeber.az elmar memmedyarov kolumbiya prezidenti ile gorusub

elmar memmedyarov kolumbiya prezidenti ile gorusub

 



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə