Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Əfqanıstandakı partlayışda İran səfiri də yaralanıb-YENİLƏNİB
Əfqanıstandakı partlayışda İran səfiri də yaralanıb-YENİLƏNİB
31 May 2017 / 13:38 / Baxış sayı: 950
Font1 Font2 Font3 Font4

Əfqanıstanın paytaxtı Kabildə Prezident sarayı və Almaniya ilə İranın səfirlikləri yanında baş verən güclü partlayış nəticəsində İran səfiri də yaralanıb.

Virtualaz.org bildirir ki, bu barədə İranın “İatimad” qəzetinə istinadən “Erem Nyuz” xəbər portalı məlumat yayıb.

“İran səfiri Momammat Reda Bərhami yaralanıb, səfirliyin binası ciddi zədə alıb”, – nəşr İran qəzetindən sitat gətirib. Qeyd edilir ki, qalan diplomatlar və səfirliyin başqa əməkdaşları “salamatdır”.

Onu da qeyd edək ki, son məlumatlara görə, partlayış nəticəsində 90 nəfər həlak olub və 350-dən çox insan xəsarət alıb.

*   *   *12:02

Əfqanıstanın paytaxtı Kabildə güclü partlayış olub. “Bizimxeber” BBC-yə istinadən xəbər verir ki, partlayış şəhərin mərkəzi hissəsində xarici səfirliklər və prezident sarayı yaxınlığında baş verib.

Partlayış o qədər qüvvətli olub ki, bir neçə yüz metr məsafədə yerləşən evlərə belə ziyan vurub.

Şəhərin mərkəzi meydanı polis tərəfindən mühasirəyə alınıb.

“Pajhwok Afghan News” agentliyinin məlumatına görə, partlayış nəticəsində 10-dan çox insan həlak olub, yüz nəfərdən çox insan isə yaralanıb.

Yaponiyanın ictimai televiziyası NHK isə partlayış zamanı Yaponiya səfirliyinin iki əməkdaşının xəsarət aldığını xəbər verib.

Partlayış nəticəsində 80 nəfər həlak olub, 350-dən çox insan yaralanıb.

Bu barədə Əfqanıstanın Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi bildirib.

İlkin məlumatlara görə, partlayıcı qurğu diplomatik bölgədə insanların sıx olduğu zaman işə salınıb. Partlayış Almaniya səfirliyinin yaxınlığında olsa da, ondan Hindistan və Yaponiya səfirliklərinin binaları da ziyan görüb.

arxiv.bizimxeber.az 

 



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə