Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Vasmoy Elməddin”ə 2 il 4 ay HƏBS CƏZASI
“Vasmoy Elməddin”ə 2 il 4 ay HƏBS CƏZASI
31 May 2017 / 10:41 / Baxış sayı: 940
Font1 Font2 Font3 Font4

Hədə-qorxu ilə pul tələb etməkdə və narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Elməddin Fərzəliyevin cinayət işi üzrə məhkəmə davam edib.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hakimlər kollegiyasının hökmü ilə Elməddin Fərzəliyev barəsində verilən Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi üzrə bəraət verilib. Narkotik maddələrin qanunsuz dövriyyəsi ilə isə 2 il 4 ay müddətinə cəza verilib.

Xatırladaq ki, prokuror çıxışında Elməddin Fərzəliyevin 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, Elməddin Fərzəliyev Cinayət Məcəlləsinin 182-cü (hədə qorxu ilə tələb etmə),  234-ci (narkotik maddə) maddələri ittihamı verilib.

Zərərçəkmiş şəxs Qurbanəli Səfərov şikayətində bildirib ki, Elməddin Fərzəliyev “Neftçilər” metrostansiyası yaxınlığındakı kafedə ondan 1000 manat pul tələb edib. O, 400 manat verdiyini bildirib.

Zərərçəkənin şikayəti əsasında Elməddin Fərzəliyev saxlanılıb.

Onu da qeyd edək ki, Elməddin Fərzəliyev kriminal aləmdə “Vasmoy Elməddin” kimi tanınır. Onun Səbail rayonu Badambar qəsəbəsində ötən il baş verən atışmadan sonra saxlanıldığı deyilir.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə