Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Vəzifəli şəxslər -CƏRİMƏLƏNƏCƏK
Vəzifəli şəxslər -CƏRİMƏLƏNƏCƏK
31 May 2017 / 11:26 / Baxış sayı: 674
Font1 Font2 Font3 Font4

Azərbaycanda atçılıqla bağlı cəza konkretləşdirilir.

“Bizimxeber”in xəbərinə görə, bununla bağlı Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında “Atçılıq haqqında” qanununa dəyişiklik təklif edilib.

Dəyişikliyə əsasən, atçılıq sahəsində dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanı qanunvericiliyə uyğun olaraq atçılıqla məşğul olan subyektlərdən müvafiq məlumatlar almaq, yol verilmiş pozuntuların aradan qaldırılması üçün onlara icrası məcburi olan göstərişlər vermək və həmin göstərişləri yerinə yetirməyən subyektləri İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb etmək, habelə müvafiq atçılıq subyektlərinin fəaliyyətinin dayandırılması barədə məhkəməyə müraciət etmək və qanunvericiliklə nəzərdə tutulmuş digər səlahiyyətlərə malikdir. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 284-cü (atçılıq haqqında qanunvericiliyin pozulması) maddəsində məsuliyyət müəyyənləşdirilib.

Maddəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının atçılıq sahəsində göstərişlərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər 20 manatdan 30 manatadək məbləğdə, vəzifəli şəxslər 50 manatdan 70 manatadək məbləğdə cərimə edilir.

Damazlıq atlara pasportların (şəhadətnamələrin) verilməsi qaydalarının pozulmasına görə vəzifəli şəxslər 80 manatdan 100 manatadək məbləğdə cərimə olunur.

Milli at cinslərinin və beynəlxalq genofonda daxil olan at cinslərinin damazlıq özəklərinin məhv edilməsinə görə fiziki şəxslər 200 manatdan 300 manatadək məbləğdə, vəzifəli şəxslər 500 manatdan 600 manatadək məbləğdə, hüquqi şəxslər 1500 manatdan 2 min manatadək məbləğdə cərimə edilir.

İndiyədək isə bu qanunda İnzibati Xətalar Məcəlləsinə istinad olunmurdu.

arxiv.bizimxeber.az 



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə