Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Şri-Lankada ölənlərin sayı 200-ü ötüb
Şri-Lankada  ölənlərin sayı 200-ü ötüb
31 May 2017 / 11:41 / Baxış sayı: 624
Font1 Font2 Font3 Font4

Şri-Lankada güclü daşqınlar nəticəsində ölənlərin sayı 200 nəfəri ötüb, 96 nəfər isə itkin düşüb.

“Bizimxeber” xarici KİV-lərə istinadla xəbər verir ki, fövqəladə hallarla mübarizə mərkəzinin son məlumatına əsasən, mayın 31-i səhər saatlarınadək 202 nəfərin ölüm faktı təsdiqlənib.

Şri-Lankanın müxtəlif rayonlarında baş verən daşqınlara mayın 26-dan başlayan leysan yağışları səbəb olub. Ölkənin 15 dairəsində 600 min nəfərə qədər insan daşqınlar və sürüşmələr səbəbindən evlərini tərk etmək məcburiyyətində qalıb, 1,3 min ev dağılıb, 7 mindən çox ev isə zədələnib.

Şri-Lanka təbii fəlakətin fəsadlarının aradan qaldırılmasına kömək göstərmələri üçün BMT-yə və Cənubi Asiya ölkələrinə müraciət edib. Çin bu ölkəyə 2 milyon dollar həcmində humanitar yardım göndərəcəyini bildirib.

arxiv.bizimxeber.az 



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə