Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Judy” 36 milyon istifadəçini yoluxdurdu
“Judy” 36 milyon istifadəçini yoluxdurdu
31 May 2017 / 12:12 / Baxış sayı: 438
Font1 Font2 Font3 Font4

“Android” əməliyyat sistemində çalışan 36 milyondan artıq cihaz troyan virusuna yoluxmuş ola bilər. 

Bu virus “Judy” adlanır və “Google Play” vasitəsilə yayılır.

Bu barədə məlumatı internet texnologiyalarının təhlükəsizliyi sahəsində çalışan İsrail şirkəti yayıb. İri kontent mağazasında aparılan təhlil zamanı 40-a yaxın əlavə aşkar olunub ki, onlar da “Judy” troyanına yoluxublar. Bu virus qarşısında daha zəif olan “Android” əməliyyat sistemi ilə çalışan cihazlar olub. Mütəxəssislərin hesablamalarına görə, 36 milyondan artıq belə cihaz “Judy” infeksiyasına yoluxmuş ola bilər.

Proqramçıların sözlərinə görə, “Judy” klikerlər adlanan kateqoriyaya aiddir və smartfonları reklam keçidlərinə keçməklə yoluxdurur. Maraqlıdır ki, bütün yoluxmuş əlavələr bir şirkət – “Kinivini” şirkəti tərəfindən yaradılıb və “Google Play” bazasında bir neçə ildir mövcuddur. Ancaq hələlik məlum deyil ki, şirkətin bunda günahı var, yoxsa bu hakerlərin əl işidir.

arxiv.bizimxeber.az 



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə