Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Trump-ın şəxsi vəkili də araşdırmaya cəlb olunub
Trump-ın şəxsi vəkili də araşdırmaya cəlb olunub
31 May 2017 / 12:41 / Baxış sayı: 264
Font1 Font2 Font3 Font4

“The İndependent” yazır ki, Donald Trump-ın seçki kampaniyası komandasının Moskva ilə əlaqələrinə dair federal araşdırmaya prezidentin şəxsi vəkili də daxil edilib.

Əvvəllər Trump Organisation təşkilatında hüquqşünas kimi çalışmış Michael Cohen ABŞ mediasına deyib ki, Konqres və Senatda təhqiqatı aparan komissiyalar ondan informasiya və ifadə tələb ediblər.

Bu informasiyalar onun Rusiya hökumətindəki şəxslərlə əlaqələrinə aiddir. O ifadə vermək üçün edilən dəvəti rədd etdiyini bildirib.

“Mən dəvətdən imtina etmişəm, çünki dəvətin mətni yaxşı tərtib edilməyib, həddən ziyadə yayğındır və əslində ordakı sorğuların cavablandırılması qeyri-mümkündür” – deyib Cohen ABC News şəbəkəsinə.

Associated Press bildirir ki, Konqresin Kəşfiyyat Komitəsinin üzvləri Cohen-ə bildiriş göndərildiyini təsdiq ediblər.

Cənab Cohen Konqresin əməkdaşlıq tələbini rədd etdikdən sonra Senatın seçkili kəşfiyyat komitəsi, komitə başçılarını, yəni respublikaçı Richard Burr və demokrat Mark Warner-i Cohen-ə çağırış göndərilməsinə müvəkkil edib.

Beləliklə, Trump-ın kürəkəni və baş müşaviri Jared Kushner-in FTB təhqiqatının subyekti olduğuna dair yayılan xəbərlərdən sonra, Trump-ın yaxın çevrəsindən sayılan Cohen-in də təhqiqata dəvət edilməsi xəbər başlıqlarına çıxıb.

ABŞ mediası yazır ki, Cohen Trump-ın “vuran qolu” sayılır və keçmişdə New York maqnatının tənqidçilərini məhkəmə ilə hədələyib.

2016-cı ildə Cohen-in CNN-dəki çıxışı böyük hay-küyə səbəb olmuşdu.

Proqram aparıcısı Brianna Keiler ona Trump-ın seçki düşərgəsinin zəif olduğunu demişdi.

Cavabında vəkil sərt şəkildə dillənmişdi: “Onu kim deyir?”

Aparıcı rəy sorğularına əsaslandığını bildirəndə, Cohen demişdi ki, tezliklə Trump-ın bütün bu rəy sorğularından daha çox səs toplayacağını görəcəksiniz…

“The Guardian” yazır ki, əvvəlcə bundan imtina etməsinə baxmayaraq, Donald Trump-ın keçmiş milli təhlükəsizlik müşaviri Michael Flynn, Rusiyanın 2016-cı il seçkisinə müdaxiləsini araşdıran Senat komissiyası ilə əməkdaşlığa hazır olduğunu deyib.

Flynn Associated Press agentliyinə deyib ki, Senat komitəsinin bu ayın əvvəllərində ondan tələb etdiyi sənədləri təqdim etməyə hazırdır və təqdim olunacaq sənədlər bir həftə müddətində hazır olacaq.

Məqalədə deyilir ki, Flynn-in bu qərarı onun Senat palatası ilə ortaq məxrəc tapdığını göstərir.

Flynn bundan əvvəl özünün Konstitusiyaya 5-ci düzəlişdə nəzərdə tutulmuş hüququndan istifadə edərək komitənin çağırışını rədd etmişdi.

Konstitusiyanın sözü gedən maddəsi vətəndaşı özünə qarşı ifadə verməkdən azad edir.9BBC)
arxiv.bizimxeber.az 



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə