Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

ABŞ Şimali Koreyanın “raket zərbəsinə” hazırdır
ABŞ Şimali Koreyanın “raket zərbəsinə” hazırdır
31 May 2017 / 12:55 / Baxış sayı: 296
Font1 Font2 Font3 Font4

“Metro” qəzeti yazır ki, Pentaqon Şimali Koreyanın hədələdiyinə bənzər hücumların qarşısını almağa hazırdır.

Məqalədə deyilir ki, ABŞ hərbiyyəsi yerüstü raket zərbəsindən Müdafiə Radarını ötən gecə uğurla sınaqdan keçirib.

Bununla da Trump administrasiyası amerikalıların müdafiəsi üçün bir neçə mərhələli müdafiə sisteminin mövcud olduğunu təsdiqləyib.

Bu da qeyd olunur ki, bu, 1999-cu ildən bəri keçirilən 17 sınaqdan uğurla başa çatan 10-cusudur.

“Biz nəticədən asılı olmayaraq hər bir yeni sınaqdan öyrənir və sistemi təkmilləşdiririk. Sınaqların keçirilməsindən məqsəd də elə budur” – Pentaqonun sözçüsü kapitan Jeff Davis deyib.

Bununla belə, sözçü əlavə edib ki, bu dəfəki sınaqda inkişaf etdirilmiş sistemdən istifadə olunub.

Onun sözlərinə görə, sınaq sistemin daha da təkmilləşdirilməsinə imkan verəcək.

Raket Hücumundan Müdafiə Alyansının təsisçisi Riki Ellison isə daha açıq danışıb. O deyib ki, bu sınaq “həyati” məna daşıyır:

“Biz sınaq zamanı Birləşmiş Ştatların Şimali Koreyanın mümkün zərbəsindən müdafiəsini yoxlayırdıq.”

Xəbərlərdə deyilir ki, sınaq zamanı Şimali Koreya raketini təqlid edən maket uçuş zamanı yarı yolda vurulub.

arxiv.bizimxeber.az 



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə