Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

MDB ölkələri əhalinin siyahıyaalınmasına hazırlaşır
MDB ölkələri əhalinin siyahıyaalınmasına hazırlaşır
31 May 2017 / 13:05 / Baxış sayı: 396
Font1 Font2 Font3 Font4

Azərbaycanda əhalinin siyahıyaalınması nəticəsində əldə olunan məlumatlar həm ölkənin, həm də regionun gələcək inkişaf perspektivlərinin müəyyən edilməsi üçün aktual mənbə kimi istifadə oluna bilər.”Bizimxeber” xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinin (DSK) sədri Tahir Budaqov bildirib.

Onun sözlərinə görə, MDB ölkələrində əhalinin siyahıyaalınmasının 2020-ci il raunduna hazırlıq məsələlərində ən önəmli məqamlardan biri siyahıyaalınma ilə bağlı sorğu vərəqələrinin hazırlanmasına bu gün aktual olan məsələlərin daxil edilməsidir.

“Azərbaycanda əhalinin siyahıyaalınmasının 2019-cu il 1-10 oktyabr tarixlərində keçirilməsi müəyyən edilib. Bu, vərəqələrin hazırlanması MDB məkanında maksimum yanaşmanın yaranması, yəni ölkələr arasında müqayisələrin, hesablamaların aparılmasını mümkün edəcək”,- deyə T.Budaqov qeyd edib.

Hazırda miqrasiya məsələlərinin önəmli mövzulardan biri olduğunu qeyd edən Komitə sədri deyib ki,ölkədə siyahıyaalınma zamanı miqrantların da nəzərə alınması əhəmiyyət kəsb edən məsələlərdəndir.”Beynəlxalq strukturlar bu məsələni əhalinin siyahıyaalınmasına daxil etməyi təklif və ya tövsiyə edir. Lakin hələlik bununla bağlı yekun qərar yoxdur. Bu məsələ Avropada olduğu kimi Azərbayan üçün aktual deyil”, – deyə DSK başçısı qeyd edib.

arxiv.bizimxeber.az 



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə