Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

ASAN Xidmət önündə izdiham: Güzəştli mənzillər narazılıq yaratdı (FOTOLAR)
ASAN Xidmət önündə izdiham: Güzəştli mənzillər narazılıq yaratdı (FOTOLAR)
31 May 2017 / 13:13 / Baxış sayı: 424
Font1 Font2 Font3 Font4

Ölkə prezidenti mayın 24-də imzaladığı 1418 nömrəli Fərmanı ilə “Güzəştli Mənzil” sistemi haqqında əsasnamə təsdiq edib. Dünəndən etibarən ev almaq istəyən vətəndaşların qeydiyyatı başlayıb.

Güzəştli mənzillərə sahib olmaq istəyənlər qeydiyyat üçün növbə götürmək məqsədi ilə ASAN Xidmətə müraciət etsələr də, ilk 100 nəfər xaricində heç kimə növbə verilməyib.

“Qaynarinfo” xəbər verir ki, bu gün səhər saatlarından etibarən ASAN xidmət mərkəzləri qarşısında izdiham yaşanır. Vətəndaşlar ASAN imza və Elektron imza aldıqları halda ,növbə götürə bilmədikləri üçün narazılıqlarını bildirirlər.

1 saylı ASAN Xidmət mərkəzinin nəzarət və qiymətləndirmə şöbəsinin müdiri Aqil Quliyev izdihamı sakitləşdirmək məqsədilə verilən sualları cavablandırmağa, sakitliyi təmin etməyə çalışsa da, deyilənlər vətəndaşları qane etmədiyindən “sülhü bərqərar etmək” mümkün olmayıb.

Etirazların əsası isə əslində düzgün növbə sisteminin təşkil edilməməsidir. Evlərin kimlərə veriləcəyi il bağlı kateqoriyalar təyin olunsa da, növbələşmə sistemində heç bir sistem, status təyin olunmadığından narazılıqlar hər saniyə artır. Məsələnin necə həll olunacağı isə hələlik sual altındadır.

arxiv.bizimxeber.az 

 

                                      



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə