Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Duterte Yaponiyaya səfərini təxirə saldı
Duterte Yaponiyaya  səfərini təxirə saldı
31 May 2017 / 13:20 / Baxış sayı: 266
Font1 Font2 Font3 Font4

Filippin hökumətinin yaydığı məlumata görə, bu ölkənin Prezidenti Rodriqo Duterte iyunun əvvəllərində Yaponiyaya planlaşdırılan səfərini təxirə salıb. Buna səbəb olaraq Mindanao adasının cənubunda yaraqlılara qarşı keçiriləcək əməliyyat göstərilir.

Filippinin Xarici İşlər Nazirliyi bu barədə məlumatla mayın 30-da çıxış edib. Səfər çərçivəsində R.Duterte Baş nazir Şinzo Abe ilə görüşməyi və Tokio forumlarından birində məruzə ilə çıxış etməyi planlaşdırırdı.

Mayın 23-də Filippin Prezidenti Mindanaoda və onu əhatə edən adalarda hərbi vəziyyət elan edib.

Bu barədə qərar hökumət qoşunları ilə İŞİD qruplaşmasını dəstəkləyən yaraqlılar arasında baş verən silahlı toqquşmadan sonra qəbul edilib.

arxiv.bizimxeber.az 



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə