Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Daha bir təhsil müəssisəsi qarışdı – Deputatın qardaşının kollecində aksiya/ FOTO
Daha bir təhsil müəssisəsi qarışdı – Deputatın qardaşının kollecində aksiya/ FOTO
31 May 2017 / 17:08 / Baxış sayı: 3912
Font1 Font2 Font3 Font4

Bu dəqiqələrdə Bakı Humanitar Kollecinin müəllimləri etiraz aksiyası keçirirlər.

“Bizimxeber”in  BakuPost.az-a istinadən xəbərinə görə, buna səbəb müəllimlərin kütləvi şəkildə ixtisarının gözlənilməsidir.

Aksiyaçılar bildirirlər ki, müəllimlər üçün olacaq imtahandan Təhsil Nazirliyinin xəbəri yoxdur. Tədris hissə müdiri Əsəd İbrahimov isə deyib ki, nazirliyin xəbəri var.

Xatırladaq ki, bundan qabaq Nazirlər Kabinetinin orta ixtisas təhsili müəssisələri şəbəkəsinin optimallaşdırılması məqsədilə verdiyi yeni qərarı narazılığa səbəb olub.

Qərara əsasən, bu müəssisələrdə təkrarlanmanın aradan qaldırılması, idarəetmənin, maliyyələşdirmənin, kadr hazırlığının səmərəsinin və keyfiyyətinin yüksəldilməsi məqsədi ilə Bakı Sosial Pedaqoji Kolleci Bakı Humanitar Kollecinə, Bakı Kompüter Kolleci Bakı İdarəetmə və Texnologiya Kollecinə, Şuşa Musiqi Kolleci Şuşa Humanitar Kollecinə birləşdirilib. Bu birləşdirilmə nəticəsində də ixtisarlar olmuşdu.

Onu da deyək ki, kollecin direktoru, millət vəkili Əhliman Əmiraslanovun qardaşı Vaqif Əmiraslanovdur. Aksiya barədə əlavə məlumat veriləcək.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə