Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Polisi öldürən “PORSCHE”-nin sahibi “BİNƏ KƏBİRƏ”-nin qardaşı oğludur -FOTOLAR
Polisi öldürən “PORSCHE”-nin sahibi “BİNƏ KƏBİRƏ”-nin qardaşı oğludur -FOTOLAR
31 May 2017 / 17:13 / Baxış sayı: 1794
Font1 Font2 Font3 Font4

Ötən gün polisin ölümü ilə nəticələnən dəhşətli qəzanın bəzi təfərrüatları məlum olub.

Yenicag.az-ın araşdırmasına görə, Bibiheybət yolundakı faciəvi qəzanın səbəbkarlarından biri olan “Porsche” markalı avtomobilin sürücüsü Rövşən Aydın oğlu Məmmədov Azərbaycanda “Binə Kəbirə” kimi tanınan məşhur iş xanımı Kəbirə Məmmədovanın qardaşı oğludur.

1974-cü il təvəllüdlü Rövşən Məmmədov hazırda xəstəxana şəraitində müalicə olunur. O, əvvəlcə Travmotologiya İnstitutuna yerləşdirilsə də, daha sonra özəl klinikalardan birinə köçürülüb.

Qeyd edək ki, Rövşən Məmmədov ötən il ağır faciə yaşayıb. Belə ki, onun məktəbi yenicə bitirən 17 yaşlı oğlu rəhmətə gedib.
Xatırladaq ki, Rövşən Məmmədovun idarə etdiyi 10 VV 155 dövlət nömrə nişanlı avomobillə vurulan 99 AP 658 nömrəli Polis Post Patrul Xidmətinə məxsus “Fiat Doblo”da ölən polis əməkdaşı 25 yaşlı Emil Adil oğlu Zeynallıdır.

 

arxiv.bizimxeber.az

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə