Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Rumıniya prezidenti Azərbaycanın dövlət başçısına məktub göndərib
Rumıniya prezidenti Azərbaycanın dövlət başçısına məktub göndərib
31 May 2017 / 17:24 / Baxış sayı: 138
Font1 Font2 Font3 Font4

Rumıniyanın Prezidenti Klaus Verner İohannis Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib. 

“Bizimxeber”in məlumatına görə, mətndə deyilir:

“Hörmətli cənab Prezident.

Dövlət bayramınız – Respublika Günü münasibətilə Sizə və bütün Azərbaycan xalqına ən səmimi təbriklərimi, sülh və firavanlıq arzularımı çatdırmaq istərdim.

Ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasından ötən 25 il ərzində Rumıniya və Azərbaycan Respublikası yüksək səviyyəli siyasi dialoq vasitəsilə gücləndirilən, energetika, nəqliyyat, iqtisadiyyat və ticarət sahələrindəki əməkdaşlıq potensialından güc alan strateji tərəfdaşlığı inkişaf etdirmişdir.

Əminəm ki, birgə səylərimizlə ölkələrimiz arasındakı strateji tərəfdaşlığın gücləndirilməsinə gələcəkdə də töhfələr verə biləcəyik.

Cənab Prezident, Sizə dərin ehtiram bəslədiyimə əmin ola bilərsiniz”.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə