Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Prezidentdən Xarici Kəşfiyyat Xidməti ilə bağlı -FƏRMAN
Prezidentdən Xarici Kəşfiyyat Xidməti ilə bağlı -FƏRMAN
31 May 2017 / 21:59 / Baxış sayı: 24220
Font1 Font2 Font3 Font4

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin emblemi haqqında” fərman imzalayıb. 

“Bizimxeber”in məlumatına görə, sənədlə “Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin emblemi haqqında Əsasnamə” təsdiq edilib.

“Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin embleminin təsviri” təsdiq edilib.

Əsasnamədə qeyd olunub ki, Xarici Kəşfiyyat Xidmətinin emblemi xarici kəşfiyyat orqanlarının rəmzidir. O, Xidmətin hər bir əməkdaşına Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş kəşfiyyat fəaliyyəti üzrə öz xidməti vəzifələrini vicdanla və layiqincə yerinə yetirmək borcunu xatırladır. Emblem xarici kəşfiyyat orqanları əməkdaşlarının, həmçinin silah, xüsusi vasitə, texnika və digər əmlakın Xidmətə mənsubiyyətini bildirən nişandır. Emblem Xidmətin blanklarında, xarici kəşfiyyat orqanlarının inzibati binalarının adı göstərilən lövhələrində, geyim formasında və fərqlənmə nişanlarında yerləşdirilir. Emblemin təsvirindən Xidmətin çap məhsullarında, kino, video və fotomateriallarında və Xidmətin sifarişi ilə hazırlanan reklam-informasiya və suvenir məhsullarında (bukletlər, təqvimlər, nişanlar, vımpellər, saatlar, medalyonlar, dəftərxana ləvazimatları, suvenirlər və digər məhsullar) istifadəyə yol verilir.

Xarici Kəşfiyyat Xidmətinin emblemi göy (peyğəmbərçiçəyi) haşiyəli tünd göy dairə formasındadır. Dairənin kənarında qövs boyunca tünd qızılı hərflərlə yuxarıda “AZƏRBAYCAN RESPUBLİKASI”, aşağıda “XARİCİ KƏŞFİYYAT XİDMƏTİ” sözləri yazılıb. Dairənin ortasında səkkiz yerdən qızılı qadaqla bərkidilmiş, göy (peyğəmbərçiçəyi) haşiyəli tünd göy rəngli dairəvi qalxan təsvir edilib. Qalxanın dairəyə nisbəti 5:6-dır. Qalxanın mərkəzində qızılı rəngdə səkkizguşəli ulduz, onun üzərində tünd göy rəngli dairənin fonunda qızılı rəngdə aypara və ayparanı bütöv bir dairə şəklində tamamlayan qızılı rəngdə qılınc təsviri var. Ulduzun guşələrinin ucları qalxanın hüdudları ilə məhdudlaşır. Ayparanın daxilində üzərində meridian və paralellərin kəsişdiyi qızılı rəngdə kürə təsvir olunub.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə