Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Maşın şou” qurama imiş – ELTON BÜTÜN SİRLƏRİ AÇDI
“Maşın şou” qurama imiş – ELTON BÜTÜN SİRLƏRİ AÇDI
01 İyun 2017 / 10:51 / Baxış sayı: 1830
Font1 Font2 Font3 Font4

Ötən gün “Maşın” şounun daha bir buraxılışı geridə qalıb. Lent.az-ın məlumatına görə, yarışmanın növbəti günündə səsvermədə aktyor İslam Mehrəliyev olub. O, səs toplayacağı halda aparıcı Azər İsmayılovu yarışdan uzaqlaşdıracağını söyləyib. Lakin verilişin bitməsinə bir neçə saat qalmış müğənni Üzeyir maşından əlini çəkərək verilişdən ayrıldığını açıqlayıb. O, bu addımına səbəb kimi rəqqasə Oksana Rəsulova ilə aralarında olan mübahisəni göstərib: “Burada hər kəs ümumi danışır. Amma bura gələndə yalnız oyun olacağını düşünürdüm, başqa şeylər gördüm”.

Sonda İ.Mehrəliyev səs toplayaraq, A.İsmayılovu yarışdan uzaqlaşdırmaq istəməyib.

Qeyd edək ki, veriliş başlamadan öncə müğənni Elton Hüseynəliyev sosial şəbəkədəki səhifəsində status yazaraq bildirib ki, bu müsabiqə quramadır. Hətta o, veriliş bitməmiş “Maşın şou” da nələr yaşanacağını dəqiq söyləyib: “Yenə gözəl oyun. İslam da qalacaq, Azər də. Sadəcə bu günü də yola vermək lazımdır. Bu gün 1 nəfər əlini çəkəcək”.

Onu da əlavə edək ki, E.Hüseynəliyev bu statusu paylaşandan sonra bir çoxları ona “Siz bütün bunları haradan bilirdiniz?” sualını veriblər. İfaçı isə bütün sualları cavabsız qoyub.

arxiv.bizimxeber.az

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə