Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“ABŞ-Azərbaycan münasibətlərində …”-Ziyafət Əsgərov
“ABŞ-Azərbaycan münasibətlərində …”-Ziyafət Əsgərov
01 İyun 2017 / 12:00 / Baxış sayı: 130
Font1 Font2 Font3 Font4

“Bizim Amerika ilə münasibətlərimiz hər zaman yaxşı olub. ABŞ prezidenti Donald Tramp Amerika-Ərəb sammitində çox gözəl bəyanat verdi”.

“Bizimxeber”in  məlumatına görə, bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov jurnalistlərə deyib.

Onun sözlərinə görə, D.Tramp 28 may – Respublika Günü münasibəti ilə Azərbaycan Prezidenti və xalqını təbrik etdi: “XXIV Beynəlxalq “Xəzər Neft və Qaz-2017” sərgisinə ünvanlanan məktubdan da görünür ki, ABŞ-Azərbaycan münasibətlərində yeni səhifə açılır. Əlbəttə çox istərdik ki, bu, belə olsun və davam etsin”.

Z.Əsgərov qeyd edib ki, böyüklüyündün-kiçikliyindən asılı olmayaraq, bütün dövlətlər beynəlxalq hüququn bərabərhüquqlu subyektidir və kiminsə kiməsə ağıl öyrətməsi, insan hüquqları, fikir azadlığı adı altında kiminsə daxili işinə qarışması düzgün siyasət deyil.

Bunun artıq nəticə vermədiyini deyən Z.Əsgərov qeyd edib ki, dövlətlərlə sadəcə əməkdaşlıq və döstluq etmək lazımdır:

“Azərbaycan da o dövlətdir ki, onunla dostluq etmək olar. O, Avropa enerji təhlükəsilziyində mühüm rol oynayır. ABŞ-la münasibətlərimiz də həmişə yaxşı olub. Biz həmişə istəmişik ki, səmimi olaq. Amma bizə qarşı da səmimiyyət olsun. Arzu edək ki,bu səmimiyyət olacaq”.

 

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə