Vatanın nikah şahidi və yaxın dostu Polad Yağcı isə bunları deyib: “Onunla gecə-gündüz birlikdə idik. Evləndikdən sonra ailəsi və işindən başqa heç nə düşünmürdü. Heç vaxt belə bir münasibəti olmasından danışmayıb”.

Filiz Akerin rəfiqəsi Nurcan Sabur isə “Filiz 2 il əvvəl intihara cəhd etdi. 10 ildir Vatana dəlicəsinə aşiq idi. Ona 3-4 milyon lirə xərcləmişəm, heç kimə buraxmaram. Həyat yoldaşından boşanmasa, onu öldürərəm” deyirdi” deyə açıqlama verib.

Filizlə Vatanın mübahisəsinə də Akerin ona verdiyi həmin 3-4 milyon lirə pulu geri istəməsinin səbəb olduğu iddia edilir. Bundan başqa, modelin bir vaxtlar adı eşq-dedi qodularında hallanan sevgilisi, iş adamı Şemsi Denizerin də güllələnərək öldürüldüyü üzə çıxıb. 13 güllə ilə öldürülən Denizer son nəfəsində qatildən “Sənə bu əmri kim verdi”, deyə soruşub.
Ərəbəsilli türk iş adamı Aydınla da eşq yaşayan Filiz ondan aldığı pulları xərcləyib bitirdikdən sonra əvvəlcə İstanbulda kirayələdiyi evdə qalmış, daha sonra isə otelə köçüb. Onun Vatanı həmin otelə ona verdiyi pulları geri istəmək üçün çağırdığı deyilir.