Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

SOCAR büdcə ödənişlərini 16% artırıb
SOCAR büdcə ödənişlərini 16% artırıb
11 Sentyabr 2017 / 14:22 / Baxış sayı: 482
Font1 Font2 Font3 Font4

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən bu ilin avqust ayında dövlət büdcəsinə 133,782 mln. manat vəsait ödənilib. “Report”un SOCAR-a istinadən verdiyi xəbər görə, bu göstərici 2016-cı ilin avqust ayı ilə müqayisədə 17,321 mln. manat və ya 14,9% çoxdur.

Ümumiyyətlə, cari ilin yanvar-avqust aylarında büdcəyə 1 048,348 mln. manat vəsait ödənilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 142,946 mln. manat və ya 15,8% çoxdur. Bundan əlavə, 2017-ci ilin avqust ayında Dövlət Sosial Müdafiə Fonduna SOCAR tərəfindən 12,575 mln. manat vəsait köçürülüb.

Cari ilin yanvar-avqust aylarında isə SOCAR tərəfindən DSMF-yə ödəniş 99,826 mln. manat təşkil edib ki, bu da 2016-cı ilin analoji dövrü ilə müqayisədə 5,479 mln. manat və ya 5,8% çoxdur.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə